Müsahibə əsasında
Vakansiya haqqında
Ümumi tələblər
- Mühəndislik, tikinti, neft-qaz, sənaye idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Neft-qaz, tikinti-quraşdırma və ya ağır sənaye sahəsində minimum 5 il iş təcrübəsi
- Böyük həcmli layihələrin idarə olunması üzrə praktiki təcrübə;
- Layihə idarəetməsi, istehsalatın təşkili və resursların idarə olunması sahəsində biliklər;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblər üzrə biliklər;
- Tikinti-quraşdırma işləri, layihə-smeta sənədləri və beynəlxalq standartlar üzrə biliklər;
- Liderlik, komanda idarəetməsi və qərarvermə bacarıqları;
- Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;
- Azərbaycan dili mükəmməl, ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı..
Vəzifə öhdəlikləri
- Layihənin bütün struktur bölmələrinin fəaliyyətinə rəhbərlik etmək və onların qarşılıqlı əlaqəli işini təşkil etmək;
- Layihə üzrə maddi-texniki və əmək resurslarından səmərəli istifadəni təmin etmək;
- Tikinti-quraşdırma və əsaslı təmir işlərinin keyfiyyətinə, müddətinə və səmərəliliyinə nəzarət etmək;
- Layihədə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsini təmin etmək;
- İşlərin layihə-smeta sənədlərinə, texniki tələblərə, ISO standartlarına və digər normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
- Layihənin istehsalat proqramının və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Sifarişçi təşkilatlarla və digər maraqlı tərəflərlə işgüzar əlaqələri idarə etmək;
- İstehsalat fəaliyyətinin nəticələrini təhlil etmək, mütəmadi müşavirələr keçirmək və rəhbərliyə hesabat vermək;
- Layihə üzrə əmək və icra intizamının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
- Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması və davamlı təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik etmək;
- Tikinti obyektlərinin normativ tələblərə uyğun təhlükəsizlik vasitələri ilə təmin olunmasına nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə komissiyanın fəaliyyətinə rəhbərlik etmək və təhlükəsizlik göstəricilərinin yaxşılaşdırılmasını təmin etmək;
- Əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planlarının hazırlanmasını və icrasını təşkil etmək;
- Layihənin məqsəd və hədəflərinə nail olunması üçün rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
İcraçı Direktor
AF Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Ofis meneceri- kassir
Ideal Supply MMC • Şəki
Tam Ştat
600 ₼Müraciət et
O
Bugün
Xadimə
Organic meat llc • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
Dünən
Kamera nəzarətçisi
Saat Store • Bakı
Tam Ştat
500 ₼Müraciət et
G
Dünən
Mühafizəçi
Gemza Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Dünən
Yanğından mühafizə sistemləri üzrə layihəçi mühəndis
Fire Safety Caspian Azerbaijan • Bakı
Tam Ştat
2500 ₼Müraciət et