C

Cronos Construction

Son tarix: 13 Noyabr 2026

Layihə rəhbəri

İnzibati İşlərQubadlıTam Ştat13 Oktyabr 202684

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Qarabağ (Qubadlı)

Vəzifə öhdəlikləri

  • Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək;
  • Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
  • Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək;
  • Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək;
  • Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək;
  • Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək;
  • Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək;
  • Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
  • Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək;
  • Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək;
  • Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək;
  • Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir;
  • Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər;
  • Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı;
  • Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür;
  • Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı;
  • Analitik düşünmə və operativ qərarvermə bacarığı;
  • Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti;
  • Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Ezamiyyət və regionda işləmək imkanına malik olmaq.

İş şəraiti

  • İş yeri: Qarabağ (Qubadlı)
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Qalmaq: Şirkət tərəfindən təmin olunur
  • Yemək: Şirkət tərəfindən təmin olunur
  • Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar