B

Bakinity Distribution MMC

Son tarix: 1 Avqust 2026

Layihə rəhbəri

İnzibati İşlərBakıTam Ştat1 İyul 202626

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmə: Layihələrin idarə edilməsi şöbəsi

Tabeçilik: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • Layihənin strategiyasının və məqsədlərinin formalaşdırılmasında iştirak etmək və sifarişçilərlə birgə layihənin əsas istiqamətlərini müəyyənləşdirmək.
  • Layihə üzrə fəaliyyət planlarının, təqvim cədvəllərinin, büdcənin və resurs bölgüsünün hazırlanmasına rəhbərlik etmək və təsdiqlənmiş planların icrasına nəzarət etmək.
  • Layihənin həyata keçirilməsi üçün lazım olan insan resurslarını və digər ehtiyatları müəyyənləşdirmək.
  • Layihə ilə bağlı idarəetmə metodologiyalarının tətbiqinə və prosedurların icrasına nəzarət etmək.
  • Layihə komandası ilə yanaşı struktur bölmə rəhbəri ilə daimi koordinasiya şəraitində işləmək, layihənin gedişatı barədə vaxtaşırı məlumat vermək.
  • Layihənin effektiv icrasını təmin etmək üçün struktur bölmə rəhbəri tərəfindən verilmiş strateji göstərişləri nəzərə almaq və onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Layihə üzrə riskləri müəyyən etmək, onların təsir və ehtimal dərəcəsini qiymətləndirmək, risklərin idarə olunması üzrə tədbirlər planı hazırlamaq və icrasına rəhbərlik etmək.
  • Layihə sənədlərinin (planlar, qrafiklər, hesabatlar və s.) keyfiyyətli və vaxtında hazırlanmasına nəzarət etmək.
  • Layihənin maliyyə göstəricilərinə, büdcəsinə və resursların düzgün istifadəsinə cavabdeh olmaq.
  • Müqavilə sənədlərinin hazırlanmasında iştirak etmək, sifarişçi və podratçılarla razılaşmaları təşkil etmək və icraya nəzarət etmək.
  • Struktur bölmə rəhbəri ilə birlikdə layihə komandası arasında iş bölgüsünü təşkil etmək, tapşırıqların icrasına nəzarət etmək, performansı qiymətləndirmək və inkişaf tədbirləri görmək.
  • Sifarişçilərlə və digər maraqlı tərəflərlə görüşlər keçirmək, layihənin gedişi barədə təqdimatlar etmək.
  • Layihənin yekun mərhələsində hesabatlılığı təmin etmək, nəticələri təhlil etmək və davamlılıq strategiyalarını planlaşdırmaq.
  • Vəzifəsi üzrə struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqları icra etmək və ona hesabat vermək.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil.
  • Layihələrin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
  • PMP (Project Management Professional) sertifikatına malik olmaq üstünlük hesab olunur.
  • Layihələrin idarə edilməsinə dair beynəlxalq metodologiya və standartlar üzrə biliklərə malik olmaq.
  • Detallara yüksək diqqət və keyfiyyət yönümlü yanaşma.
  • Layihə planlaşdırılması və layihə risklərinin müəyyən edilməsi bacarığı.
  • Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarığı.
  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar