B
Bakinity Distribution MMC
Layihə rəhbəri (İT üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
İşin təsviri:
- Rəqəmsal məhsullar, rəqəmsal transformasiya və informasiya texnologiyaları layihələrinin başlanğıcından başa çatdırılmasına və formal şəkildə bağlanmasına qədər layihə idarəetmə prosesini həyata keçirmək.
- Layihənin məqsədinin, əhatə dairəsinin, prioritetlərinin, əsas mərhələlərinin, resurs tələbatının və gözlənilən nəticələrinin müəyyənləşdirilməsini təmin etmək.
- Biznes, məhsul, informasiya texnologiyaları, proqram təminatı, sistem arxitekturası və digər aidiyyəti struktur bölmələr arasında səmərəli əməkdaşlıq və koordinasiyanı təmin etmək.
- Biznes, funksional və texniki tələblərin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, sənədləşdirilməsi və razılaşdırılması prosesini koordinasiya etmək, tələblərdə və ya layihə çərçivəsində baş verən dəyişikliklərin layihənin əhatə dairəsinə, müddətinə və nəticələrinə təsirini izləmək.
- Layihə üzrə resurs tələbatını müəyyənləşdirmək, zəruri resursların təmin edilməsi ilə bağlı aidiyyəti rəhbərlərlə koordinasiya aparmaq və resurs məhdudiyyətlərinin layihənin icrasına təsirini izləmək.
- Layihələrin müəyyən edilmiş müddət, əhatə dairəsi, keyfiyyət və nəticə göstəricilərinə uyğun icrasını təmin etmək, plan və faktiki göstəricilər arasındakı kənarlaşmaları müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə tədbirlər görmək.
- Layihələrin cari vəziyyəti, əsas nəticələri, riskləri, problemləri, dəyişiklikləri və icra göstəriciləri barədə rəhbərliyə və aidiyyəti maraqlı tərəflərə mütəmadi və strukturlaşdırılmış hesabatlar təqdim etmək.
- Təchizatçılar, podratçılar və üçüncü tərəf texnologiya tərəfdaşları ilə layihə üzrə fəaliyyətlərin, öhdəliklərin və razılaşdırılmış müddətlərin icrasını koordinasiya və monitorinq etmək.
- Dövlət qurumları arası (G2G), dövlət-biznes (G2B) və biznes-biznes (B2B) formatında həyata keçirilən rəqəmsal layihələrdə iştirak etmək və aidiyyəti daxili və xarici tərəflər arasında koordinasiyanı təmin etmək.
- Sistem inteqrasiyası, tətbiqi proqramlaşdırma interfeysləri (API-Application Programming Interface), məlumatların miqrasiyası, infrastruktur, informasiya təhlükəsizliyi və digər texniki fəaliyyətlərin layihə planına uyğun icrasını koordinasiya etmək.
- Layihə üzrə əsas sənədlərin, qəbul edilmiş qərarların, risklərin, problemlərin, dəyişikliklərin və görüləcək tədbirlərin müəyyən edilmiş qaydalara uyğun qeydiyyatını aparmaq və onların aktuallığını təmin etmək.
- Layihə idarəetmə proseslərinin davamlı təkmilləşdirilməsi və standartlaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək.
Namizədə dair tələblər və arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları, Biznesin idarə olunması, Layihələrin idarə olunması və s. müvafiq sahə üzrə).
- İT layihələrin idarə edilməsi sahəsində 5 il iş təcrübəsi.
- PMP (Project Management Professional) sertifikatına malik olmaq üstünlük hesab olunur.
- Agile/Scrum, Kanban və Waterfall metodologiyaları üzrə praktiki bilik və onların layihələrdə tətbiqi təcrübəsi.
- Jira və Confluence ilə işləmək bacarığı.
- Rəqəmsal məhsulların hazırlanması, rəqəmsal transformasiya və sistem inteqrasiyası layihələrinin idarə olunması üzrə praktiki təcrübə.
- Proqram təminatının hazırlanması həyat dövrü və proqram təminatının hazırlanması prosesləri haqqında anlayış.
- Risklərin müəyyənləşdirilməsi və idarə olunması, problemlərin operativ həlli bacarığı.
- Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.
- İşin tələblərinə uyğun olaraq ezamiyyətə getmək imkanı.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
"
Bugün
Müşahidə kameraları üzrə nəzarətçi
"Siyəzən-Broyler” ASC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
Bugün
Xadimə
BERC Group • Bakı
Tam Ştat
500 ₼Müraciət et
O
Bugün
Təhlükəsizlik əməkdaşı
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
600 ₼Müraciət et
7
Bugün
Xadimə
707stadium • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Bugün
Xadimə
Best Cleanin Group • Bakı
Tam Ştat
500 ₼Müraciət et
L
Dünən
Mühafizəçi
Legion Security • Bakı
Tam Ştat
1500 ₼Müraciət et