Amper Elektrik

Amper Elektrik

Son tarix: 17 Dekabr 2026

Lazer Kəsim və Metal Büküm dəzgahları üzrə mühəndis

İstehsalatBakıTam Ştat17 Noyabr 2026393

1800 ₼

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Metal pano istehsalında istifadə olunan lazer kəsim dəzgahının idarə olunması.
  • Metal lövhələrin texniki çertyoj və ölçülərə uyğun lazer vasitəsilə kəsilməsinin təmin edilməsi.
  • Lazer kəsim proqramları ilə işləmək və kəsim parametrlərini düzgün tənzimləmək.
  • Metal büküm dəzgahının idarə olunması və metal hissələrin tələb olunan ölçü və bucaqlarda bükülməsi. 
  • Hidravlik büküm sistemləri ilə işləmək.
  • İstehsal prosesində ölçü dəqiqliyinə və məhsul keyfiyyətinə nəzarət etmək.
  • Dəzgahların texniki sazlığını yoxlamaq və gündəlik texniki xidmətini həyata keçirmək.
  • Avadanlıqlarda yaranan texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq.

İş şəraiti

  • Ünvan -  Atyalı
  • Əməkhaqqı 1800 Azn+bonus

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar