F

Falcon Finance

Son tarix: 22 Avqust 2026

Lizinq mütəxəssisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat22 İyul 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Qısa məzmun

  • BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

Əsas vəzifələr:

  • Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
  • Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;
  • Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;
  • Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;
  • Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
  • Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
  • Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;
  • Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;
  • Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.

Tələblər:

  • Yaş: 25 — 45 yaş
  • Təhsil: Ali təhsil 
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (yalnız Bank, BOKT təcrübəsi olan namizədlərə  üstünlük veriləcəkdir);
  • Güclü analitik qabiliyyət və satış bacarığı;
  • Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən, namizədlərin  CV-lərini “Lizinq mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiyalar