I

IRES

Son tarix: 21 Avqust 2026

Lobby Ambassador (Female)

Turizm və OtelçilikBakıTam Ştat21 İyul 2026100

1500

Vakansiya haqqında

Prestijli 5 ulduzlu beynəlxalq otel qonaqpərvərlik komandası üçün Lobby Ambassador vəzifəsinə xanım namizədlər axtarır.

Qonaqların ilk təəssüratını formalaşdıran bu rolda siz yüksək xidmət standartlarını və lüks qonaqpərvərlik mədəniyyətini təmsil edəcəksiniz.

Əsas vəzifələr:

  • Qonaqları gülərüz, nəzakətli və peşəkar şəkildə qarşılamaq
  • Yüksək xidmət standartlarına uyğun ilk təəssüratı yaratmaq
  • VIP qonaqları xüsusi diqqətlə qarşılamaq və müşayiət etmək
  • Otelin xidmətləri və imkanları barədə qonaqları məlumatlandırmaq
  • Qonaqların ehtiyaclarını operativ şəkildə müəyyən edib dəstək göstərmək
  • Qonaqları resepsiyon, restoran, tədbir zalları və digər bölmələrə yönləndirmək
  • Lobbi ərazisində yüksək xidmət və görünüş standartlarını qorumaq
  • Qonaq məmnuniyyətinin təmin edilməsi üçün digər şöbələrlə koordinasiyalı işləmək
  • Şikayət və xüsusi istəkləri aidiyyəti şöbələrə operativ şəkildə yönləndirmək
  • Otelin daxili prosedurlarına və beynəlxalq xidmət standartlarına riayət etmək

Tələblər:

  • Xanım namizəd
  • Hündürboylu, səliqəli görünüşlü və özünəinamlı
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • VIP qonaqlarla peşəkar ünsiyyət qurmaq bacarığı
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə bilik (rus dili üstünlükdür)
  • Məsuliyyətli, diqqətli və xidmət yönümlü yanaşma
  • Komanda ilə işləmək bacarığı və yüksək etik davranış

Təklif edirik:

  • Prestijli 5 ulduzlu beynəlxalq oteldə karyera imkanı
  • Beynəlxalq xidmət standartları ilə işləmək fürsəti
  • Peşəkar və dinamik komandanın üzvü olmaq
  • Əmək haqqı: 1,500 AZN (net)

Müraciət etmək istəyən namizədlər CV-lərini "Lobby Ambassador" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar