S
Sirab Satış və Dağıtım MMC
Logistika analitiki
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Logistika əməliyyatları üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə məlumatların təqdimatı;
- Logistika üzrə proqramlara müvafiq məlumatların daxil edilməsi və düzgünlüyünün yoxlanması;
- Logistik əməliyyatlarının optimallaşdırılması;
- Anbar, daşınma və yanacaq xərclərinin təhlili və strukturlaşdırılması;
- KPI-ların (çatdırılma vaxtı, xərc/km, sifariş icra faizi və s.) hazırlanması və monitorinqi
- Sürücülərin kassa borclarını gündəlik yoxlamaq.
- Faktura sənədlərinin düzgünlüyünü yoxlamaq.
- Qaytarma sənədlərindəki məlumatları faktiki qaytarma göstəriciləri ilə üzləşdirmək.
- Rəhbərliyin tapşırığı əsasında əlavə hesabatlar hazırlamaq.
- Maliyyə, anbar və nəqliyyat komandaları ilə koordinasiyanın təmin edilməsi.
Tələblər:
- Ali təhsil : Bakalavr (İqtisadiyyat, Logistika, Biznes idarəçiliyi və ya əlaqəli sahə)
- Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili İngilis dili -üstünlükdür;
- Excel proqramını yüksək səviyyədə bilmək;
- SQL Serverdə işləmə bacarığı;
- Power BI data modellərin qurulması və dataların vizallaşdırılması bacarıcı;
- Data analitika, Logistika və Təchizat zənciri üzrə sertifikatların olması üstünlükdür.
Şəxsi keyfiyyət göstəriciləri:
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqətlilik;
- Analitik düşünmə qabiliyyəti;
- Təqdimat bacarığı;
- Kommunikasiya və problem həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
İş yeri:
- Xırdalan şəhəri (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən CV-lərini https://karyera.sirab.az/ və Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
M
Bugün
Logistika üzrə mütəxəssis
Mobil Group • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
Satınalma üzrə mütəxəssis
Army Group • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
Z
Bugün
Xarici Satınalma Meneceri
Zeta Group • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
P
Dünən
Satınalmalar üzrə aparıcı mütəxəssis
PMD Projects LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Sayım üzrə operator (Xırdalan)
Azza Gastronom • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Dünən
Sürücü
BARS GROUP MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et