C

Caspian Industry MMC

Son tarix: 9 İyul 2026

Logistika üzrə koordinator

Logistika və TəchizatBakıTam Ştat10 İyun 2026311

2000

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Daşınmanın optimal marşrutunu müəyyənləşdirmək;
  • Nəqliyyat vasitəsinin növünü seçmək və sifariş etmək;
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq etmək;
  • Təmsil etdiyi şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
  • Gömrük orqanlarına sənədləri və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatları təqdim etmək;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
  • Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
  • Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;
  • Nəqliyyat və gömrük işləri ilə əlaqədar zəruri icazələri hazırlamaq.

Tələblər:

  • Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili sərbəst və İngilis dili yazışma;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • MS Excel proqramından istifadə bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;

İş şəraiti:

  • 5/2 iş rejimi
  • Nahar təmin edilir
  • Korporativ nömrə verilir
  • Əmək haqqı: NET 2000 AZN
  • İş yeri: Əhməd Rəcəpli

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar