D

Decor Concept

Son tarix: 7 Dekabr 2026

Logistika və satınalma üzrə mütəxəssis (xanım)

Logistika və TəchizatBakıTam Ştat5 Noyabr 2026258

1500 ₼

Vakansiya haqqında

İnşaat və interyer dekorasiyası sektorunda fəaliyyət göstərən Decor Concept şirkəti satınalma, idxal-ixrac və beynəlxalq yükdaşımaları koordinasiya edəcək logistika və satınalma üzrə menecer axtarır. 

İş şərtləri

  1. Ünvan — Bakı şəhəri, Süleyman Sani Axundov, məhəllə 3123, Dərnəgül metrostansiyasının yaxınlığı
  2. İş qrafiki — Bazar ertəsi–cümə, 09:30–17:00
  3. Əməkhaqqı — 1 500 AZN.

Şirkət təklif edir

  1. Sabit iş mühiti.
  2. Peşəkar inkişaf və karyera imkanları.

Müraciət qaydası

CV-nizi [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində «Logistika və satınalma üzrə menecer» qeyd edin.

 

Tələblər:

  1. Xanım namizədlər
  2. Logistika sahəsində ən azı 3 il iş təcrübəsi.
  3. Rus və ingilis dillərinin hər ikisində şifahi və yazılı işgüzar ünsiyyət bacarığı mütləqdir.
  4. İdxal-ixrac və beynəlxalq yükdaşıma prosesləri üzrə bilik.
  5. MS Office proqramları ilə işləmək bacarığı.
  6. Danışıqlar aparmaq, işləri planlaşdırmaq və koordinasiya etmək bacarığı.
  7. Məsuliyyətli, diqqətli və operativ yanaşma.

Vəzifə öhdəlikləri:

  1. Xarici təchizatçılarla gündəlik yazışmaları və danışıqları aparmaq.
  2. Qiymət təkliflərini və çatdırılma şərtlərini müqayisə etmək, satınalma və idxal-ixrac sifarişlərinin icrasını izləmək.
  3. Beynəlxalq yükdaşımaları planlaşdırmaq və çatdırılmanı yükün təhvil verilməsinədək izləmək.
  4. Logistika və gömrük sənədlərinin hazırlanmasını təşkil etmək.
  5. Daşıyıcı və logistika şirkətləri ilə danışıqlar aparmaq, yükə uyğun daşıma variantını seçmək.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar