T

Tam Store

Son tarix: 10 Avqust 2026

Mağaza müdiri

Marketinq və SatışBakıTam Ştat10 İyul 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Filialda satış zalının açılışına qədər market proqramında mərkəz tərəfindən yenilənmiş qiymətlərin dəyişdirilməsi və satıcıların zalda məhsulların qiymət dəyişiminə nəzarət. Məhsul və xidmətlər barədə müştərilərə dəqiq məlumat vermək;
  • Satış zalında satıcılar tərəfindən vitrin tərtibatının düzgün aparılması, vitrinlərin tam və səliqəli olması, tarix ardıcıllığına görə düzülməsi və s. proseslərə nəzarət. 
  • Proqramda dəyişilmiş məlumatların kassa və tərəzi aparatlarına göndərilməsi. 
  • Satış zalında satıcılar tərəfindən vitrin tərtibatının düzgün aparılması, vitrinlərin tam və səliqəli olması, tarix ardıcıllığına görə düzülməsi və s. proseslərə nəzarət. 
  • Market personallarının işə davamiyyətinə nəzarət , tabeldə iş günləri, vəzifə və qrafik dəyişikliyi ilə bağlı müvafiq qeydlərin aparılması.
  • Kassa əməliyyatları prosesinə nəzarət.
  • Satış zamanı alınan məhsulun qaytarılma və ya dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət. 
  • Kassa əməliyyatları zamanı kassaların təhvil təslim prosesində iştirak və doğru aparılmasına nəzarət.
  • Mərkəz satınalma tərəfindən təqdim edilən firma kompaniyalarının nəzərdən keçirilməsi və filialda tətbiqinin təşkil edilməsinə nəzarət.
  • Satış zalında vitrinlərin tərtibatı, bölmələrin yerinin dəyişdirilməsi, məhsulların düzülməsi və s. işlərlə əlaqədar təkliflərin hazırlanması və tətbiqi.
  • Marketin ehtiyacları ilə əlaqədar (yemək, salafan poşet, kassa çekləri və s.) tələblərin lazımi şöbələrə bildirilməsi və nəzarəti.
  • Mağazada müştərilərə ən yaxşı xidmətin verilməsinə nəzarət.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Müştəriyönümlü düşüncə və komanda ilə işləmə qabiliyyəti;
  • Kompüter bilikləri (MS Office, Logo).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (6 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəhəri

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Mağaza müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar