T

Təmiz Şəhər

Son tarix: 4 Oktyabr 2026

Mal-material və əsas vəsaitlərin uçotu üzrə mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat7 Sentyabr 202685

Müsahibə əsasında

Vakansiya haqqında

“Təmiz Şəhər” ASC komandasına mal-material və əsas vəsaitlərin uçotu üzrə peşəkar mütəxəssis axtarırıq.

Əgər siz mühasibat uçotunun müvafiq sahəsində praktiki təcrübəyə, yüksək analitik düşüncə qabiliyyətinə, detallara diqqətə və maddi aktivlərin uçot proseslərini sistemli şəkildə idarə etmək bacarığına maliksinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifənin əsas məqsədi:

  • Şirkətin mal-material ehtiyatları, əsas vəsaitləri və digər maddi aktivləri üzrə uçotun düzgün, tam və vaxtında aparılmasını, aktivlərin hərəkətinin sənədləşdirilməsini, uçot məlumatlarının faktiki qalıqlarla uyğunluğunun təmin edilməsini və müvafiq daxili nəzarət prosedurlarının effektiv icrasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Mal-material ehtiyatları, əsas vəsaitlər və digər maddi aktivlər üzrə mühasibat uçotunun qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun aparılması;
  • Mal-materialların və əsas vəsaitlərin qəbul, mədaxil, məxaric, hərəkət, daxili yerdəyişmə, təhvil-təslim və silinmə əməliyyatlarının uçotunun aparılması;
  • Əsas vəsaitlərin uçota qəbul edilməsi, inventar nömrələrinin təyin olunması və müvafiq struktur bölmə və maddi-məsul şəxslər üzrə uçotunun təşkil edilməsi;
  • Əsas vəsaitlərin hərəkəti, təmir və modernləşdirilməsi, amortizasiyası və uçotdan çıxarılması ilə bağlı əməliyyatların düzgün əks etdirilməsi;
  • Mal-materialların və əsas vəsaitlərin uçot məlumatlarının anbar məlumatları, ilkin sənədlər və faktiki qalıqlarla mütəmadi üzləşdirilməsi;
  • Maddi-məsul şəxslər üzrə aktivlərin uçotunun aparılması və onlara təhkim edilmiş əmlakın hərəkətinə nəzarət edilməsi;
  • Dövri və illik inventarizasiyaların təşkilində iştirak etmək, inventarizasiya nəticələrinin uçot məlumatları ilə üzləşdirilməsini və fərqlərin müvafiq qaydada rəsmiləşdirilməsini təmin etmək;
  • Aşkar edilmiş çatışmazlıq, artıqgəlmə və digər uyğunsuzluqların araşdırılması və nəticələrin uçotda düzgün əks etdirilməsi;
  • İstismar müddətini başa vurmuş, yararsız və ya istifadəyə yararsız vəziyyətə düşmüş əsas vəsaitlərin və materialların silinməsi üzrə sənədləşmədə iştirak etmək;
  • Mal-material və əsas vəsaitlər üzrə ilkin uçot sənədlərinin düzgünlüyünü, tamlığını və təsdiq prosedurlarına uyğunluğunu yoxlamaq;
  • Uçot sisteminə daxil edilən məlumatların düzgünlüyünə və vaxtında işlənilməsinə nəzarət etmək;
  • Mal-material və əsas vəsaitlər üzrə qalıqlar, hərəkətlər, dəyər dəyişiklikləri və digər göstəricilər barədə analitik məlumat və hesabatların hazırlanması;
  • Rəhbərliyin sorğuları əsasında maddi aktivlərin mövcudluğu, qalıqları, hərəkəti və dəyəri barədə operativ məlumatların təqdim edilməsi;
  • Audit, vergi yoxlamaları, inventarizasiya və digər nəzarət tədbirləri zamanı tələb olunan sənəd və məlumatların hazırlanmasında iştirak etmək;
  • Müəssisənin maddi aktivlərinin qorunması, düzgün istifadəsi və uçotunun şəffaflığının təmin edilməsi məqsədilə daxili nəzarət mexanizmlərinin tətbiqində iştirak etmək;
  • Uçot və sənəd dövriyyəsi proseslərində mövcud risklərin müəyyən edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • Mal-material və əsas vəsaitlər üzrə uçot məlumatlarının etibarlılığını artırmaq məqsədilə struktur bölmələr, anbar və maddi-məsul şəxslərlə effektiv əməkdaşlığın təmin edilməsi.

Namizədə dair əsas tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2–3 il praktiki iş təcrübəsi;
  • Mal-material və əsas vəsaitlərin uçotu üzrə dərin praktiki biliklər;
  • Əsas vəsaitlərin uçota alınması, amortizasiya, inventarizasiya, hərəkəti və silinməsi proseslərini bilməsi;
  • İlkin mühasibat sənədləri və sənəd dövriyyəsi ilə işləmək üzrə təcrübə;
  • Anbar uçotu və maddi-məsul şəxslərlə hesablaşmaların aparılması üzrə praktiki biliklər;
  • Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyinin müvafiq müddəaları barədə anlayış;
  • Mühasibat/ERP sistemlərində işləmək bacarığı;
  • SAP bilməyi üstünlükdür;
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Böyük həcmli məlumatları təhlil etmək və uyğunsuzluqları operativ müəyyənləşdirmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Müraciətin mövzu hissəsində “Mal-material və əsas vəsaitlərin uçotu üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur. 

Oxşar vakansiyalar