500 ₼
Vakansiya haqqında
Marketə Mal qəbulçusu tələb olunur.
- İş saatları: 08:00 dan-18:00 dək
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə.
- Market Yasamal rayonu, Statistika komitəsinin yaxınlığında yerləşir.
Maraqlanan şəxslərdən xahiş olunur ki, elanda qeyd olunan nömrənin Whatsapına və ya electron poçt ünvanına "Mal qəbulçusu" vakansiyasını qeyd edib, özü haqqında məlumat (cv) göndərsin.
*Qeyd olunanlardan əlavə yaranan suallarla bağlı Whatsapa yaza bilərsiniz. Xahiş edirik müraciətinizi yazılı edəsiniz zənglə yox.
Tələblər:
- 20-40 yaş, Bəy namizəd.
- Kompüterdən sərbəst istifadə bacarığı.
- Orta riyazi bilik.
- Səliqəli xarici görünüş.
- Kollektiv ilə işləmə bacarığı.
- Məsuliyyətli, nizam-intizamlı, diqqətli.
- Ünsiyyətcil, pozitiv.
- Verilən tapşırıqları düzgün yerinə yetirən.
Vəzifə öhdəlikləri:
- Marketə gələn malların qaimə ilə uyğunluğunu diqqətlə yoxlayıb təhvil alınması.
- Malların sayına, keyfiyyət və kəmiyyət göstəricilərinə nəzarət etmək.
- Qəbul edilən məhsulların anbarda düzgün yerləşdirilməsini və vaxtında satışa getməsini təmin etmək.
- Zədələnmiş, vaxtı keçmiş və ya uyğunsuz mallarla bağlı dərhal tədarükçüyə və rəhbərliyə məlumat vermək.
- Gün ərzində daxil olan malların sistemə (anbar proqramına) düzgün qeydiyyatı(daxil edilməsi).
- Gündəlik hesabatların aparılması, stoka nəzarət edilməsi və rəhbərliyə təqdim olunması.
Oxşar vakansiyalar
Ofisiant
Magnus Lounge • Bakı
Barista
PADİŞAH COFFEE SHOP • Bakı
Turizm Meneceri
Azertour • Bakı
Barista
Taoyuan Sweethouse • Bakı
Qabyuyan
S.E.N.S.U.M by Amapola • Bakı
Tur üzrə Satış Meneceri
Baku Holiday Travel • Bakı