G
GİLL MED MMC
Maliyyə Direktoru
3000 ₼
Vakansiya haqqında
· Əmək haqqı: 3.000 AZN (net);
· İş qrafiki: Həftədə 5 iş günü;
· İş saatları: 09:00 – 18:00;
· İş yeri: Bakı;
· Birbaşa şirkət rəhbərliyinə hesabatvermə;
· Strateji qərarların qəbulunda iştirak imkanı;
· Peşəkar və karyera inkişafı perspektivləri.
· Uyğun namizədlər CV-lərini mövzu hissəsində 'Maliyyə Direktoru' qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Tələblər:
· Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
· Maliyyə idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
· İstehsalat sektorunda iş təcrübəsi mütləqdir, tekstil sahəsində təcrübə üstünlük hesab olunur;
· Büdcələşdirmə, maliyyə planlaşdırılması, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə güclü biliklər;
· Korporativ maliyyə, investisiya təhlili və risklərin idarə olunması sahəsində təcrübə;
· İstehsal maya dəyərinin hesablanması və optimallaşdırılması sahəsində praktiki biliklər;
· ERP, 1C və digər maliyyə idarəetmə sistemləri ilə iş təcrübəsi;
· MS Excel proqramında yüksək səviyyədə bilik;
· IFRS üzrə biliklər və maliyyə hesabatlarının təhlili bacarığı;
· Azərbaycan dili sərbəst, ingilis və rus dili bilikləri üstünlük hesab olunur
· Güclü liderlik, strateji düşüncə, analitik yanaşma və qərarvermə bacarıqları;
· Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vəzifə öhdəlikləri:
· Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
· Maliyyə, mühasibatlıq və xəzinədarlıq funksiyalarının effektiv idarə olunmasını təmin etmək;
· Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərini idarə etmək;
· Büdcə icrasına nəzarət etmək, kənarlaşmaları təhlil etmək və rəhbərliyə təkliflər təqdim etmək;
· Pul axınlarının, dövriyyə kapitalının və likvidliyin effektiv idarə olunmasını təmin etmək;
· Şirkətin mənfəətlilik, rentabellik və maliyyə göstəricilərinin təhlilini təşkil etmək;
· İstehsal maya dəyərinin formalaşdırılması və optimallaşdırılmasını təmin etmək;
· Məhsul və layihələr üzrə rentabellik analizlərinin aparılmasını təmin etmək;
· Tender və iri müqavilələrin maliyyə risklərini qiymətləndirmək və rəhbərliyə rəy təqdim etmək;
· Maliyyə risklərinin müəyyən edilməsi və idarə olunması üzrə tədbirlər hazırlamaq;
· Daxili nəzarət sistemlərinin və maliyyə prosedurlarının təkmilləşdirilməsinə rəhbərlik etmək;
· İdarəetmə hesabatlarının hazırlanmasını təmin etmək və rəhbərliyə təqdim etmək;
· Xarici auditorlar və digər tərəfdaşlarla maliyyə məsələləri üzrə əməkdaşlığı koordinasiya etmək;
Oxşar vakansiyalar
P
Bugün
Lead Financial Analyst
Push30 • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Neftçala filialı üzrə Filial Kredit Satış İşçisi
Finca Azerbaijan • Neftçala
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Dünən
İmişli filialı üçün Filial Kredit Satış İşçisi (Birbaşa satış)
Finca Azerbaijan • İmişli
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
"
Dünən
Kredit mütəxəssisi
"IDK BOKT" MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
"
Dünən
Problemli kreditlər üzrə mütəxəssis
"IDK BOKT" MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
7 Avqust 2026
Mühasib
Pickvisa.az • Bakı
Tam Ştat
800 ₼Müraciət et