G
Gill Med MMC
Maliyyə Direktoru
3000 ₼
Vakansiya haqqında
İş şəraiti
- Əmək haqqı: 3.000 AZN (net);
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş saatları: 09:00 – 18:00;
- İş yeri: Bakı;
- Birbaşa şirkət rəhbərliyinə hesabatvermə;
- Strateji qərarların qəbulunda iştirak imkanı;
- Peşəkar və karyera inkişafı perspektivləri.
Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
- Maliyyə, mühasibatlıq və xəzinədarlıq funksiyalarının effektiv idarə olunmasını təmin etmək;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərini idarə etmək;
- Büdcə icrasına nəzarət etmək, kənarlaşmaları təhlil etmək və rəhbərliyə təkliflər təqdim etmək;
- Pul axınlarının, dövriyyə kapitalının və likvidliyin effektiv idarə olunmasını təmin etmək;
- Şirkətin mənfəətlilik, rentabellik və maliyyə göstəricilərinin təhlilini təşkil etmək;
- İstehsal maya dəyərinin formalaşdırılması və optimallaşdırılmasını təmin etmək;
- Məhsul və layihələr üzrə rentabellik analizlərinin aparılmasını təmin etmək;
- Tender və iri müqavilələrin maliyyə risklərini qiymətləndirmək və rəhbərliyə rəy təqdim etmək;
- Maliyyə risklərinin müəyyən edilməsi və idarə olunması üzrə tədbirlər hazırlamaq;
- Daxili nəzarət sistemlərinin və maliyyə prosedurlarının təkmilləşdirilməsinə rəhbərlik etmək;
- İdarəetmə hesabatlarının hazırlanmasını təmin etmək və rəhbərliyə təqdim etmək;
- Xarici auditorlar və digər tərəfdaşlarla maliyyə məsələləri üzrə əməkdaşlığı koordinasiya etmək;
Tələblər
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə idarəçiliyi sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- İstehsalat sektorunda iş təcrübəsi mütləqdir, tekstil sahəsində təcrübə üstünlük hesab olunur;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə güclü biliklər;
- Korporativ maliyyə, investisiya təhlili və risklərin idarə olunması sahəsində təcrübə;
- İstehsal maya dəyərinin hesablanması və optimallaşdırılması sahəsində praktiki biliklər;
- ERP, 1C və digər maliyyə idarəetmə sistemləri ilə iş təcrübəsi;
- MS Excel proqramında yüksək səviyyədə bilik;
- IFRS üzrə biliklər və maliyyə hesabatlarının təhlili bacarığı;
- Azərbaycan dili sərbəst, ingilis və rus dili bilikləri üstünlük hesab olunur
- Güclü liderlik, strateji düşüncə, analitik yanaşma və qərarvermə bacarıqları;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində 'Maliyyə Direktoru' qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
D
Bugün
Kiçik Mühasib (Otel/Restoran Təcrübəli)
Deluxe Park Qusar • Qusar
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Lizing üzrə mütəxəssis (Salyan şəhəri üzrə)
Azera Holding • Salyan
Tam Ştat
1000 ₼Müraciət et
H
Bugün
OF20-ESG-Mgr, Operations Finance
Halliburton • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
D
Bugün
Gəlirlər üzrə Mühasib
Deluxe Park Qusar • Qusar
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
“
Bugün
Помощник бухгалтера
“GAZELLİ GROUP” MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
T
Bugün
Mühasib
TAXVİBE MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et