A
Azera Holding
Maliyyə meneceri
Müsahibə əsasında
Vakansiya haqqında
AZERA Holdingin tərkibində fəaliyyət göstərən Fruitland-AZ MMC üçün Maliyyə meneceri vakansiyası elan edir.
İş şəraiti
- Struktur bölməsi: Maliyyə Departamenti
- İş yeri: Bakı şəhəri, Zirə – Südçülük sovxozu
- Əmək haqqı: razılaşma yolu ilə
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya aidiyyəti sahə üzrə)
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Xarici dil biliyinin olması vacibdir
- MS Office, 1C, ERP və LOGO proqramlarında işləmək bacarığı
- İdarəetmə və liderlik bacarıqları
- Analitik düşüncə və qərarvermə qabiliyyəti
- Komandada işləmək və yüksək ünsiyyət bacarığı
- Stressə davamlılıq və məsuliyyətlilik
Vəzifə öhdəlikləri:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması
- Maddi, əmək və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin uçotunun aparılması
- Gəlir və xərclərin, eləcə də vergitutma obyektlərinin qanunvericiliyə uyğun uçotunun təmin edilməsi
- Vergi və maliyyə hesabatlarının hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilməsi
- Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və maliyyə göstəricilərinin qiymətləndirilməsi
- Cari və perspektiv maliyyə planlarının hazırlanması
- Biznes planların hazırlanması üçün maliyyə məlumatlarının formalaşdırılması
- Xidmətlərin maya dəyərinin hesablanması və gəlirliliyin planlaşdırılması
- Gəlirlərin vaxtında daxil olmasına və ödəniş proseslərinə nəzarət edilməsi
- Bank əməliyyatlarının və hesablaşmaların operativ uçotunun aparılması
- Müqavilələr üzrə ödənişlərin vaxtında icrasının təmin olunması
- Maliyyə vəsaitlərinin hərəkətinin uçotunun aparılması və hesabatların hazırlanması
- Mədaxil-məxaric büdcəsinin və pul vəsaitlərinin planlaşdırılması
- Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqlərin təhlili
- Statistik hesabatların hazırlanması üçün məlumatların təqdim edilməsi
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Aparıcı Mühasib
Pro Team • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
Kiçik mühasib
Avromed Company MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
1C üzrə operator
Glassica • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri
NBCO KredAqro • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru
NBCO KredAqro • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühasib köməkçisi
AZ-PACK MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et