U

Unicapital

Son tarix: 5 Noyabr 2026

Maliyyə monitorinqi şöbəsinin ƏL/TMM üzrə aparıcı mütəxəssisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat5 Oktyabr 202657

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • ƏL/TMM üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə gündəlik nəzarət etmək;
  • Həyata keçirilən əməliyyatları gündəlik monitorinqini aparmaq və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatları şöbə müdirinə təqdim etmək;
  • Müştərilərin və benefisiarların eyniləşdirilməsini və verifikasıyasını həyata keçirmək;
  • Monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını təklif etmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərti ilə, fəaliyyətini mövcud daxili prosedur və mövcud qanunvericiliyinə uyğun həyata keçirmək;
  • Biznes və digər funksiyalardan daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
  • Gündəlik əsasda əməliyyatların ƏL/TMM sistem təminatı vasitəsi ilə monitorinq və idarə edilməsi təmin etmək;
  • Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulmasnı təmin etmək.
  • Qanun tələblərinə əsasən FATCA/CRS hesabatlığının təmin olunması və ötürülməsi;
  • Aidiyyəti şəxslərin siyahısının aparılması və daxili proqram təminatına daxil edilməsi.

Vəzifə üzrə tələblər

  • Ali təhsil ;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar