İ

İdeal Kredit BOKT

Son tarix: 15 Avqust 2026

Maliyyə-mühasibatlıq şöbəsinin rəhbəri

Maliyyə və MühasibatlıqBakıTam Ştat15 İyul 202661

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • BOKT-nin strateji hədəflərinə uyğun olaraq maliyyə strategiyasının hazırlanması, icrası və optimallaşdırılması;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun olaraq əsas maliyyə hesabatlarının (P&L, Balans, Cash Flow) hazırlanması və analizi;
  • Təşkilatın illik, rüblük və aylıq büdcələrinin (Master Budget) qurulması, xərclərə nəzarət və büdcədən kənarlaşmaların təhlili;
  • Nağd pul hərəkətinin planlaşdırılması, likvidlik risklərinin və pul çatışmazlığının (Cash gap) qabaqcadan idarə edilməsi;
  • Təşkilatın maliyyə və kredit portfeli risklərinin qiymətləndirilməsi və minimallaşdırılması istiqamətində tədbirlərin görülməsi;
  • Azərbaycan Respublikasının Vergi, Əmək və Mülki qanunvericiliyinin tələblərinə, həmçinin daxili audit qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Maliyyə göstəriciləri, gəlirlilik analizi (KPI, ROE, ROA, EBITDA) və gələcək biznes ssenariləri üzrə maliyyə modellərinin qurulması;
  • Daxili və xarici audit proseslərinin idarə edilməsi, kənar auditorlar və requlyatorlarla (Mərkəzi Bank və s.) işin təşkili;
  • Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;
  • Təşkilatın daxili qaydalarına, korporativ standartlarına riayət olunması və rəhbərliyin digər tapşırıqlarının icrası.

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə);
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Bank, BOKT və ya digər maliyyə institutlarında rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
  • Strateji düşünmə, yüksək analitik təhlil, liderlik və komanda idarəetmə bacarığı;
  • Stressə davamlılıq, yüksək məsuliyyət və hesabatları rəhbərliyə düzgün təqdim etmə qabiliyyəti.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Bonus sistemi;
  • Yığım sığortasına qoşulma imkanı
  • Korporativ Mühit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar