Marka.az Advertising agency
Maliyyə Mühasibi
900 ₼
Vakansiya haqqında
* İş qrafiki: həftədə 5 gün, 09:00–19:00
* Əməkhaqqı: 900-1000 AZN (təcrübəyə uyğun)
* İş yeri: Marka.az
Müraciət üçün: CV-nizi mövzu hissəsində “Maliyyə mühasibi” qeyd etməklə [email protected] ünvanına göndərin.
Tələblər:
* Excel və ya Google Sheets-də sərbəst işləmək, maliyyə cədvəlləri və hesabatları hazırlamaq;
* Gəlir-xərc, mənfəət-zərər və pul axını hesabatlarını başa düşmək;
* Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
* Rəqəmlərdə uyğunsuzluqları müəyyən etmək və səbəblərini araşdırmaq;
* Maliyyə uçotu və ya mühasibatlıq sahəsində praktiki təcrübə;
* Dəqiqlik, məsuliyyətlilik, məxfilik və sistemli işləmə bacarığı;
* Vergi və elektron mühasibat portalları ilə iş təcrübəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
* Şirkətin gündəlik gəlir və xərclərinin tam və düzgün qeydiyyatını aparmaq;
* Kassa və bank hesabları üzrə bütün pul hərəkətlərinə nəzarət etmək;
* Hər bir ödənişin təyinatını, məbləğini və hansı sifarişə aid olduğunu düzgün qeyd etmək;
* İşçilərin əməkhaqqı, avans, bonus və digər ödənişlərinin uçotunu aparmaq;
* Şirkətin aylıq sabit və dəyişən xərclərini təhlil etmək;
* Müştərilərin debitor borclarını və təchizatçılara olan kreditor borclarını izləmək;
* Hər bir sifarişin gəlirini, xərcini və mənfəətini hesablamaq;
* Planlaşdırılan və faktiki xərcləri müqayisə edərək fərqləri müəyyən etmək;
* Lazımsız xərcləri aşkarlamaq və xərclərin optimallaşdırılması üçün təkliflər vermək;
* Gündəlik kassa qalığını yoxlamaq və uyğunsuzluqları araşdırmaq;
* Həftəlik və aylıq maliyyə hesabatlarını rəhbərliyə təqdim etmək;
* Şirkətin pul axınını (Cash Flow) planlaşdırmaq və gələcək ödənişləri əvvəlcədən proqnozlaşdırmaq;
* Maliyyə əməliyyatlarının şəffaflığını və sənədləşdirilməsini təmin etmək.
Oxşar vakansiyalar
Junior Finance Specialist
Sedef Pharma LLC • Bakı
Lizinq üzrə mütəxəssis
Prior Leasing • Bakı
Füzuli filialına Kassir
Bank Respublika ASC • Füzuli
Daxili Auditor
Norm OJSC • Bakı
İstehsal üzrə mühasib
"CHOCO-ARS" MMC • Bakı
Mühasib (Ağstafa rayonu)
Karvan - L • Ağstafa