A
Azəriş LTD
Maliyyə Rəhbəri
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimiz peşəkar və nəticəyönümlü komandamıza qoşulacaq Maliyyə Rəhbəri axtarır.
Əsas vəzifələr:
- Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Maliyyə departamentinin fəaliyyətinin idarə edilməsi və koordinasiyası;
- Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılması;
- Gəlir, xərc, mənfəət və pul vəsaitlərinin hərəkətinin təhlili;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət;
- Maliyyə risklərinin müəyyən edilməsi və onların minimallaşdırılması;
- Vergi, mühasibat və digər maliyyə proseslərinin qanunvericiliyə uyğun təşkilinə nəzarət;
- Debitor və kreditor borclarının idarə olunması;
- Şirkətin maliyyə göstəricilərinin təhlili və rəhbərliyə strateji hesabatların təqdim edilməsi;
- Xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması;
- Audit, bank, vergi və digər aidiyyəti qurumlarla maliyyə məsələləri üzrə əməkdaşlığın koordinasiyası;
- Maliyyə qərarlarının qəbulunda rəhbərliyə analitik dəstəyin göstərilməsi.
Tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. MBA, ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
- Maliyyə idarəçiliyi sahəsində minimum 8-10 il iş təcrübəsi, o cümlədən ən azı 4-5 il rəhbər vəzifədə uğurlu təcrübə;
- Vergi qanunvericiliyi, maliyyə hesabatlılığı, audit, korporativ idarəetmə və uyğunluq (Compliance) tələbləri üzrə güclü biliklər
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Rəhbərliyə aydın və əsaslandırılmış maliyyə hesabatları təqdim etmək bacarığı.
Şirkət tərəfindən:
- Rəqabətli əmək haqqı;
- Peşəkar və dinamik iş mühiti;
- Qərarvermə prosesində yüksək məsuliyyət və geniş səlahiyyət;
İş şəraiti
- İş ünvanı: Ziya Bünyadov prospekti, Bakı
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə Rəhbəri” mövzusu ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
S
Bugün
Əmək haqqı üzrə mühasib
Supertoys • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
V
Bugün
Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
15 Avqust 2026
Maliyyə müdiri
Army Group • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
P
15 Avqust 2026
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Baş mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
15 Avqust 2026
Model riskləri üzrə Kiçik mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
14 Avqust 2026
Risk şöbəsinə mütəxəssis / baş mütəxəssis
Caspian Invest BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et