M

M Bulak BOKT MMC

Son tarix: 17 Avqust 2026

Maliyyə üzrə kiçik mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat17 İyul 202692

1300

Vakansiya haqqında

Vəzifə tələbləri:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; 
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; 
  • MS Excel proqramını yüksək səviyyədə bilmək; 
  • Maliyyə hesabatları və məlumatların təhlili üzrə analitik düşünmə bacarığı; 
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı; 
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik; 
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

İşin təsviri:

  • AR Mərkəzi Bankına təqdim edilən hesabatların hazırlanmasında iştirak; 
  • Kredit portfeli üzrə məlumatların toplanması, təhlili və monitorinqi; 
  • Maliyyə göstəricilərinin və bazar məlumatlarının təhlili; 
  • Büdcələşdirmə və maliyyə planlaşdırılması prosesinə dəstək.

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Əmək haqqı 1300 AZN (Gross) 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Maliyyə üzrə kiçik mütəxəssis” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiyalar