Assist Finance İnvestisiya Şirkəti ASC
Maliyyə və kapital bazarları üzrə mütəxəssis
700 ₼
Vakansiya haqqında
Assist Gənc Mütəxəssislərin Karyera Proqramı universitet məzunları və yüksək potensiala malik gənc mütəxəssislərin seçilməsi, qiymətləndirilməsi və gələcəyin kapital bazarı peşəkarları kimi formalaşdırılması məqsədilə yaradılmış xüsusi seçim proqramıdır.
Biz sadəcə vakansiya elan etmirik. Analitik düşüncəsi, öyrənməyə həvəsi və kapital bazarlarına marağı olan gəncləri seçərək onları Assist Finance komandasının gələcək üzvləri kimi yetişdirməyi hədəfləyirik.
Seçim mərhələsini uğurla keçən namizədlər strukturlaşdırılmış adaptasiya və peşəkar inkişaf proqramına cəlb olunacaq, qiymətləndirmənin nəticələrinə əsasən isə Assist Finance-də daimi işə qəbul olunacaqlar.
• Yerli və beynəlxalq kapital bazarları
• Brokerlik və diler fəaliyyəti
• Səhm, istiqraz, ETF və digər maliyyə alətləri
• Kapital cəlbi və qiymətli kağız emissiyaları (IPO, istiqraz və digər emissiyalar)
• Anderraytinq xidmətləri
• Portfel idarəetməsi və investisiya strategiyaları
• İnvestisiya araşdırmaları və bazar analitikası
• Müştəri münasibətlərinin idarə olunması və investisiya xidmətləri
• Beynəlxalq biznes və strateji tərəfdaşlıqlar
• Risklərin idarə edilməsi, Compliance və Daxili Nəzarət
• Maliyyə, mühasibatlıq və tənzimləyici hesabatlılıq
• Əməliyyatlar (Operations), hesablaşmalar və rəqəmsal investisiya platformaları.
• İnvestisiya Araşdırmaları və Bazar Analitikası
• Kapital Bazarlarında Ticarət (Trading)
• Portfel İdarəetməsi və İnvestisiya Həlləri
• İnvestisiya Məhsullarının Satışı və Biznesin İnkişafı
• Anderraytinq və Kapital Cəlbi
• Müştəri Əlaqələri və İnvestisiya Dəstəyi
• Risklərin İdarə Edilməsi, Compliance və Daxili Nəzarət
• Maliyyə, Mühasibatlıq və Hesabatlılıq
• Əməliyyatlar (Operations) və Hesablaşmalar
• Beynəlxalq Biznesin İnkişafı və Strateji Tərəfdaşlıqlar.
Seçim prosesi :
Proqrama müraciət edən namizədlər aşağıdakı mərhələlər üzrə qiymətləndiriləcəklər:
• CV və akademik göstəricilərin qiymətləndirilməsi;
• Analitik düşünmə və ümumi maliyyə biliklərinin yoxlanılması;
• İngilis dili (Rus dili üstünlükdür) və kommunikasiya bacarıqlarının qiymətləndirilməsi;
• HR və texniki müsahibələr;
• Peşəkar inkişaf proqramı.
Qiymətləndirmə mərhələsini uğurla tamamlayan namizədlər Assist Finance-in ehtiyaclarına uyğun olaraq müvafiq vəzifələr üzrə daimi işə qəbul ediləcəklər.
Biz nə təklif edirik?
• Azərbaycanın aparıcı investisiya şirkətlərindən birində uzunmüddətli karyera qurmaq imkanı;
• Təcrübəli rəhbər və mütəxəssislərlə birbaşa işləmək və mentorluq dəstəyi;
• Yerli və beynəlxalq kapital bazarları üzrə praktiki bilik və real layihələrdə iştirak imkanı;
• Mərkəzi Bankın peşəkar ixtisas şəhadətnamələrinə və beynəlxalq sertifikat proqramlarına hazırlıq üçün inkişaf imkanları;
• Performansa əsaslanan karyera inkişafı və yüksəliş perspektivi
Oxşar vakansiyalar
Mühasib
Amper Elektrik • Bakı
Mühasib
AgroTrade Supply • Bakı
Subroqasiya şöbəsinin rəhbəri
PASHA Insurance • Bakı
Financial Reporting Specialist
Bridge Group of Companies • Bakı
İmişli rayonu üzrə kredit mütəxəssisi
Caspian Invest BOKT • İmişli
Problemli kreditlər üzrə mütəxəssis
Ferrum Capital • Bakı