P

Polygon FZE

Son tarix: 1 Oktyabr 2026

Market Place junior

Marketinq və SatışBakıTam Ştat1 Sentyabr 202625

500

Vakansiya haqqında

Şirkətimiz distribusiya etdiyi məhsulların müxtəlif marketplace və onlayn satış platformalarında inkişafını təmin etmək üçün Marketplace & Sales Specialist axtarır. Bu vəzifədə çalışan əməkdaş yalnız marketplace-ləri idarə etməyəcək, eyni zamanda məhsulların satışını artırmaq, mövcud partnyorlarla əlaqələri inkişaf etdirmək və yeni satış imkanlarını araşdırmaqla məşğul olacaq.

 

  1. Əmək haqqı: 600–1000 AZN.
  2. Bazar ertəsi – Cümə iş qrafiki.
  3. Distribusiya və satış sahəsində praktiki təcrübə.
  4. Müxtəlif beynəlxalq brendlər və məhsul kateqoriyaları ilə işləmək imkanı.
  5. Satış və Business Development istiqamətində inkişaf perspektivi.
  6. Nəticələrə əsaslanan əlavə bonus sistemi imkanları.

Üstünlük veririk:

Marketplace təcrübəsi vacib üstünlük olsa da, əsas gözləntimiz məhsulu tanımağı, müştəri və partnyorlarla ünsiyyət qurmağı və satış nəticəsi əldə etməyi sevən, aktiv və təşəbbüskar əməkdaşdır.

Consumer Electronics sahəsinə marağı olan namizədlərə üstünlük veririk. Xüsusilə notebooklar, smartfon və mobil aksesuarlar, gadgetlər, kompüter aksesuarları, elektronika və digər texnoloji məhsullarla maraqlanan namizədlər bizim üçün daha uyğundur.

Marketplace sahəsində təcrübəsi ilə yanaşı, satışa marağı olan, məhsulları öyrənməyi sevən və gələcəkdə satış və Business Development istiqamətində inkişaf etmək istəyən namizədlərə üstünlük veriləcək.

 

Tələblər:

 

  1. Satış və ya marketplace sahəsində iş təcrübəsi üstünlükdür.
  2. Kompüter və MS Office proqramlarından istifadə bacarığı.
  3. Azərbaycan dili — əla.
  4. Rus dili — yaxşı səviyyədə.
  5. İngilis dili — üstünlükdür.
  6. Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı.
  7. Məsuliyyətli və operativ olmaq.
  8. Partnyorlarla düzgün ünsiyyət qurmaq bacarığı.
  9. Yeni məhsul və kateqoriyaları araşdırmağa maraq.

 

 

Vəzifə öhdəlikləri:

 

  1. Şirkətin distribusiya etdiyi məhsulların bütün əsas marketplace və onlayn satış platformalarında yerləşdirilməsinə və satışına nəzarət etmək.
  2. Məhsul kartlarının, qiymətlərin, stokların, şəkillərin və digər məlumatların aktuallığını təmin etmək.
  3. Marketplace-lərdə satış nəticələrini izləmək və satışların artırılması üçün təkliflər hazırlamaq.
  4. Mövcud satış partnyorları ilə mütəmadi əlaqə saxlamaq və məhsulların satış vəziyyətini müzakirə etmək.
  5. Partnyorlardan sifariş, stok və satış məlumatlarını toplamaq.
  6. Yeni məhsulların marketplace-lərdə satışa çıxarılmasını təşkil etmək.
  7. Rəqiblərin qiymətlərini, kampaniyalarını və marketplace aktivliyini izləmək.
  8. Sosial media hesablarına nəzarət etmək və məhsullarla bağlı paylaşımların vaxtında hazırlanmasını koordinasiya etmək.
  9. Kampaniyalar, endirimlər və digər satış aksiyalarının həyata keçirilməsində iştirak etmək.
  10. Satış nəticələri və marketplace göstəriciləri üzrə mütəmadi hesabat hazırlamaq.
  11. Satışların artırılması üçün yeni ideyalar və satış kanalları təklif etmək.

 

 

Oxşar vakansiyalar