O
OBA marketlər şəbəkəsi
Market şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Cənub)
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiqinə nəzarət etmək
- Qida təhlükəsizliyinin minimal tələbləri ilə bağlı personalın təlimləndirilməsini təmin etmək
- Marketlərdə plana uyğun yoxlamaların həyata keçirilməsini təmin etmək və nəticələrə əsasən hesabatlar hazırlamaq
- Uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkilini və icrasını izləmək
- Personal tərəfindən gigiyenik tələblərə riayət olunmasına nəzarət etmək
- Marketlərdə məhsulların istifadə müddətlərinə və yararlılığına nəzarət etmək, müddəti bitmiş və yararsız məhsulların aktlaşdırılaraq rəfdən çıxarılmasını təmin etmək, həftəlik və aylıq hesabatlar təqdim etmək
- Məhsulların marketlərdə düzgün saxlanılmasına nəzarət etmək
- Marketlərdə mal qonşuluğu prinsipinə riayət olunmasına nəzarət etmək
- Tədarükçü müəssisələrdə məhsulların istehsalı, saxlanılması və qablaşdırılması proseslərinin qida təhlükəsizliyi tələblərinə uyğunluğunu və gigiyenik qaydalara riayət olunmasını yoxlamaq
- Tədarükçülərin hazır məhsul daşıyan nəqliyyat vasitələrinin sanitar vəziyyətini və daşınma tələblərinə uyğunluğunu yoxlamaq
- Tədarükçülərin istehsal sahələrinin sanitar-gigiyenik normalara uyğunluğunu yoxlamaq
- Tədarükçülər üzrə audit planlarının razılaşdırılmasını təmin etmək və aidiyyəti şəxslərə hesabatlar təqdim etmək
- Standartların tələblərindən irəli gələn digər nəzarət mexanizmlərinin və təlimatların hazırlanmasını təmin etmək
- İş fəaliyyəti ilə bağlı birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər
- Ali təhsil (Qida mühəndisliyi, Qida təhlükəsizliyi, Biologiya, Kimya və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilmək)
- Qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və ya audit sahəsində minimum 1-3 il iş təcrübəsinə malik olmaq
- Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri (HACCP, ISO 22000 və s.) üzrə biliklərə sahib olmaq
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqlarına sahib olmaq
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığına malik olmaq
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq
- Avtomobilin olması mütləqdi
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
S
Bugün
Junior Quality Control Specialist
Scandens • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Operator
ASSAN-STP Panel • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Qeyri-Ticari Malların Qəbulu)
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Dünən
Dərzi
ERYILDIZ MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
"
Dünən
Qablaşdırıcı-Paketləyici
"Restprod" MMC • Bakı
Tam Ştat
450 ₼Müraciət et
S
Dünən
İstehsalat işçisi
SSPRO.az • Bakı
Tam Ştat
700 ₼Müraciət et