M

Minvolt MMC

Son tarix: 10 İyul 2026

Marketing və SMM mütəxəssisi

Marketinq və SatışŞəkiTam Ştat10 İyun 202612

500

Vakansiya haqqında

  1. Vakansiya: Marketing və SMM mütəxəssisi
  2. Şirkət: MİNVOLT MMC
  3. İş qrafiki: Tam iş günü (Full-time)
  4. Əməkhaqqı: Müsahibə əsasında

İşin təsviri:

  1. MİNVOLT komandası olaraq, şirkətimizin rəqəmsal dünyadakı "üzü" və "səsi" olacaq, bütün sosial media platformalarımızı aktiv şəkildə canlandıracaq, yaradıcı və enerjili Marketing və SMM mütəxəssisi axtarırıq!
  2. Ekranda görünməkdən çəkinməyən, trendləri hamıdan tez tutan, kameranı və montaj proqramlarını sevən birisənsə, bu iş məhz sənin üçündür.

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini və mütləq şəkildə portfoliolarını (əvvəl hazırladıqları video və ya vizual kontent nümunələrini, idarə etdikləri səhifələrin linklərini) mövzu hissəsində "Marketing və SMM mütəxəssisi" qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

 

Tələblər:

  1. Aktiv idarəetmə: Şirkətin bütün sosial media hesablarının (Instagram, LinkedIn, TikTok, YouTube və s.) gündəlik idarə edilməsi və inkişafı;
  2. Video çəkiliş və montaj: Reels, TikTok və Shorts formatında dinamik, maraqlı videoların ideyasının tapılması, ssenarisinin yazılması, çəkilməsi və montaj olunması (CapCut, Premiere Pro və s.);
  3. Kontent yaradıcılığı: Auditoriyanı cəlb edəcək vizual kontentlərin (şəkil, poster, hekayələr/stories) və maraqlı mətnlərin (copywriting) hazırlanması;
  4. Canlı ünsiyyət: Səhifələrə gələn bütün rəylərin (kommentlərin) və gələn mesajların (DM) vaxtında, səmimi və eyni zamanda peşəkar şəkildə cavablandırılması;
  5. Trendlərin izlənilməsi: Sosial şəbəkələrdəki ən son trendlərin, musiqilərin və vizual effektlərin izlənilməsi, onların dərhal şirkət konseptinə uyğunlaşdırılması;
  6. Reklam və analiz: Sosial şəbəkələrdə ilkin hədəfli reklamların quraşdırılması və izlənilməsi.

 

Vəzifə öhdəlikləri:

 Biz nə təklif edirik:

  1. İnnovativ texnologiyalar və startap mühitində maraqlı layihələrlə işləmək imkanı;
  2. Kreativ ideyalarını tam sərbəst şəkildə reallaşdırmaq üçün geniş meydan;
  3. Kontentin yüksək səviyyədə hazırlanması və idarə edilməsi üçün tələb olunan bütün ödənişli platformalar və Süni İntellekt (AI) alətləri ilə təminat;
  4. Peşəkar inkişaf və rəqabətədavamlı əməkhaqqı.

Oxşar vakansiyalar