G

Green City Resort & Residence

Son tarix: 19 Noyabr 2026

Marketinq meneceri - Green City Resort & Residence (Bakı)

Marketinq və SatışBakıTam Ştat20 Oktyabr 202653

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • İllik və rüblük marketinq planlarının hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Brendin bazarda mövqeləndirilməsi, tanınmasının və rəqabət üstünlüklərinin gücləndirilməsi;
  • Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
  • Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının araşdırılması, əldə olunan nəticələr əsasında təkliflərin hazırlanması;
  • Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
  • Potensial müştərilərin cəlbi (lead generation), müştəri bazasının genişləndirilməsi və satış komandası ilə əməkdaşlığın inkişaf etdirilməsi;
  • Marketinq komandasının fəaliyyətinin təşkili, illik və rüblük planların konkret tapşırıqlara, icra müddətlərinə və fərdi KPI-lara bölünməsi, tapşırıqların yazılı şəkildə müəyyənləşdirilməsi və icrasına nəzarət;
  • Daxili komanda, agentliklər və digər tərəfdaşlar arasında iş bölgüsünün təşkili, nəticəyönümlü və şəffaf iş mühitinin formalaşdırılması;
  • Marketinq büdcəsinin planlaşdırılması, xərclərin səmərəli idarə olunması və marketinq fəaliyyətinin maliyyə effektivliyinin qiymətləndirilməsi;
  • Rəhbərlik üçün mütəmadi hesabatların, analitik təhlillərin və təqdimatların hazırlanması;
  • Marketinq proseslərinin təkmilləşdirilməsi, yeni alət və yanaşmaların tətbiqi, iş səmərəliliyinin artırılması.
  • Targeting bilmək önəmlidir Meta reklamlarını tənzimləmə bacarığı 

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
  • Marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə;
  • Brendin mövqeləndirilməsi, bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə bilik və təcrübə;
  • Rəqəmsal marketinq alətləri, reklam kampaniyalarının idarə edilməsi və performans göstəricilərinin təhlili üzrə praktiki təcrübə;
  • Google Analytics, Google Ads, Meta Ads və digər müvafiq rəqəmsal platformalarla işləmək bacarığı;
  • Marketinq büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması və nəticələrin ölçülməsi üzrə təcrübə;
  • Satış və biznesin inkişafı istiqamətləri ilə əməkdaşlıq, müştəri cəlbi və kommersiya nəticələrinin yaxşılaşdırılması bacarığı;
  • Layihələrin planlaşdırılması, iş proseslərinin koordinasiyası və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı;
  • Analitik düşüncə, strateji yanaşma və nəticəyönümlülük;
  • Liderlik, qərarvermə, təşəbbüskarlıq və komanda idarəetməsi bacarığı;
  • Güclü kommunikasiya, təqdimat və hesabat hazırlamaq bacarıqları;
  • MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə minimum B2 səviyyəsi.

İş şəraiti:

  • Əmək haqqı: (namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə)
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki-6 günlük
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi.

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq meneceri” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Əlaqə 010 334 17 47

Oxşar vakansiyalar