U
Urban Transport Media MMC
Marketinq sahəsi üzrə koordinator (startap)
Müsahibə əsasında
Vakansiya haqqında
İş haqqında məlumat
- Yeni və innovativ reklam kanalının inkişafı ilə məşğul olan startap komandamıza əməkdaş axtarırıq. Əsas fəaliyyət istiqamətimiz şirkətlərə reklamlarını geniş auditoriyaya çatdırmağa imkan verən yeni reklam həlləri təqdim etməkdir. Əməkdaşın əsas vəzifəsi reklam vasitələrinin düzgün və fasiləsiz işləməsinə nəzarət etmək olacaq. Hər hansı nasazlıq və ya problem yarandıqda, namizəd müvafiq şəxslərlə operativ əlaqə saxlamalı, məsələni lazımi tərəflərə yönləndirməli və həll prosesini sonadək izləməlidir. Bu vakansiya karyerasına başlamaq, startap mühitində praktiki təcrübə qazanmaq, reklam, əməliyyatlar və İT sahələri ilə yaxından tanış olmaq istəyən namizədlər üçün yaxşı fürsətdir. Əməkdaş müxtəlif iri şirkətlərlə ünsiyyət qurmaq, yeni layihənin inkişafında iştirak etmək və geniş praktiki təcrübə əldə etmək imkanı qazanacaq.
İş rejimi və şərtlər
- İş rejimi ilk bir neçə ayda çağrı formatında olacaq (on-call basis).
- İlk aylarda əməliyyatlar tam başlamayana qədər iş çağrı formatında təşkil olunacaq. Namizədin iş prosesini daha yaxşı öyrənməsi üçün ehtiyac yarandıqda görüşlərdə iştirak etməsi tələb olunacaq.
- İlk ay adaptasiya və qarşılıqlı uyğunluğun qiymətləndirilməsi dövrü hesab olunur. Bu müddətdə yarımştat iş rejimi və yarımştat əməkhaqqı tətbiq ediləcək.
- Əməkdaşlığın uğurlu davam etməsi və iş nəticələrinin qənaətbəxş olması halında tam ştat iş rejiminə və tam əməkhaqqına keçid imkanı yaradılacaq.
Namizədə tələblər
- Telefonla və üzbəüz aydın, düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Problemləri operativ müəyyənləşdirmək və həll prosesini effektiv şəkildə izləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
- İnsanlarla rahat kommunikasiya qurmaq və fikirlərini aydın ifadə etmək;
- Marketinq, reklam və ya İT sahəsinə maraq göstərmək;
- İT sahəsinə marağı olan namizədlərə əlavə üstünlük verilir. Hazırda layihənin proqram təminatının hazırlanması davam etdiyindən, seçilən əməkdaş bu prosesdə də iştirak edərək texnologiya və rəqəmsal məhsullar sahəsində praktiki biliklər əldə edə bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
K
Bugün
Satış və əmlak üzrə məsləhətçi
Kristal • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Korporativ Satış üzrə Mütəxəssis
Supertoys • Bakı
Tam Ştat
700 ₼Müraciət et
P
Bugün
SMM- маркетолог
Pharmaline Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Satıcı
Navigare • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
Bugün
Satış və marketinq mütəxəssisi (Xanım)
Sea Breeze Marina Yacht Club • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
T
Bugün
Satış mütəxəssisi
Taskool • Bakı
Tam Ştat
—Müraciət et