Z
Zeytun Pharmaceuticals
Marketinq üzrə Mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Şirkətin əməkdaşlıq etdiyi marketplace və delivery platformalarının gündəlik idarə olunmasını təmin etmək, məhsulların, qiymətlərin, şəkillərin və kampaniyaların platformalarda düzgün əks olunmasına nəzarət etmək.
- Marketplace platformalarına yeni məhsulların və apteklərin əlavə olunmasını, inteqrasiyasını və texniki uyğunluğunu koordinasiya etmək.
- Marketplace və delivery platformaları üzrə apteklərdən və tərəfdaşlardan daxil olan texniki və əməliyyat problemlərinin operativ həllini təşkil etmək.
- Platformaların inkişafına yönəlmiş fəaliyyətləri (bannerlər, reklam imkanları, kampaniyalar və digər inkişaf alətləri) planlaşdırmaq və icra etmək.
- Şirkətin əməkdaşlıq etdiyi marketplace və delivery platformalarının qurulması, inteqrasiyası, gündəlik idarə olunması və davamlı inkişafını təmin etmək.
- Şirkətin loyallıq proqramlarının gündəlik əməliyyat fəaliyyətlərini idarə etmək, apteklərdən və istifadəçilərdən daxil olan sorğuları koordinasiya etmək, kampaniyaların düzgün tətbiqinə nəzarət etmək, aylıq support və analitik hesabatları hazırlamaq.
- Şirkətin tərəfdaş loyallıq proqramları üzrə inteqrasiya proseslərini koordinasiya etmək, gündəlik supportu təmin etmək və hesabatlar hazırlamaq.
- Sosial Tərəfdaş layihəsi və gələcəkdə həyata keçiriləcək analoji layihələr üzrə aylıq kommunikasiya planlarının hazırlanmasını, promo materiallarının koordinasiyasını, layihələrin monitorinqini və hesabatlandırılmasını həyata keçirmək.
- CRM, Visa, Mastercard və digər rəqəmsal layihələrin tətbiqi zamanı inteqrasiya proseslərində iştirak etmək, gündəlik əməliyyat fəaliyyətlərini koordinasiya etmək və davamlı supportunu təmin etmək.
- Rəqəmsal platformalar üzrə analitik məlumatları toplamaq, aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Aidiyyəti şöbələr (Satış, İT, Aptek Əməliyyatları, Müştəri Xidmətləri və s.) və tərəfdaş şirkətlərlə koordinasiyalı işləmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya digər müvafiq sahələr üzrə).
- Marketinq, rəqəmsal marketinq, e-commerce, marketplace və ya layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi.
- Marketplace platformaları, loyallıq proqramları və ya rəqəmsal layihələrin idarə olunması üzrə təcrübə üstünlük hesab olunur.
- Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür.
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı.
- Google Sheets, Google Analytics, Meta Business Suite və digər rəqəmsal platformalar üzrə işləmək bacarığı üstünlükdür.
- Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarığı.
- Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları.
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
- Komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində "Marketinq üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
S
Bugün
Satış mütəxəssisi
Smart Electronics • Bakı
Tam Ştat
500 ₼Müraciət et
T
Bugün
Sales Representative
Tegeta Motors Baku • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Biznes inkişafı üzrə mütəxəssis
Mpay MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Copywriter
Kredit Evi ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Merçendayzer
Tamashaee Foods • Sumqayıt
Tam Ştat
600 ₼Müraciət et
M
Bugün
Satış Meneceri
Mutfakçı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et