B
Baku Steel Company CJSC
Marketinq üzrə mütəxəssis / aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
İşin qısa təsviri
- Mütəxəssis şirkətin marketinq strategiyası və fəaliyyət planlarının hazırlanması, brendin tanıdılması, rəqəmsal və ənənəvi marketinq kanallarının idarə olunması, bazar araşdırmalarının aparılması və marketinq tədbirlərinin (sərgi, B2B görüşlər, KSM) təşkilinə cavabdehdir.
Strategiya və Planlaşdırma:
- İllik marketinq planı və büdcəsinin hazırlanmasında iştirak etmək, təsdiqlənmiş plan üzrə fəaliyyətlərin icrasını təmin etmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini artırmaq və yeni bazar imkanlarını müəyyənləşdirmək üçün rəhbərliyə təkliflər təqdim etmək.
- Vəzifə funksiyalarına uyğun sənədləşməni vaxtında və düzgün aparmaq.
Araşdırma və Analitika:
- Bazar, müştəri, rəqib və mühit üzrə analitik araşdırmalar aparmaq;
- Beynəlxalq marketinq platformalarını və yeni kommunikasiya kanallarını təhlil etmək;
- Məhsul/xidmət rəylərini öyrənmək və onların satışlara təsirini təhlil etmək.
Rəqəmsal Marketinq və SMM:
- SMM, rəqəmsal marketinq kampaniyaları, vebsayt məzmununun yenilənməsi və SEO optimallaşdırılması fəaliyyətlərini təşkil və koordinasiya etmək.
Tədbirlər və B2B Kommunikasiya:
- Yerli və beynəlxalq sərgi, yarmarka və digər tədbirlərdə şirkətin iştirakını təmin etmək;
- Kommersiya departamenti ilə birgə B2B görüşlərin təşkilini həyata keçirmək;
- KSM layihələrini planlaşdırmaq və icra etmək.
PR, Media və Promo Materiallar:
- Banner, reklam çarxı və promo materialların hazırlanmasına, onların korporativ dizayn və brend standartlarına uyğunluğuna nəzarət etmək;
- Reklam agentlikləri, dizayn şirkətləri və podratçılarla əməkdaşlığı idarə etmək;
- Media monitorinqini aparmaq, KİV nümayəndələri ilə işgüzar münasibətlər qurmaq.
Tələblər
- Marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil;
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Bazar və rəqib təhlili aparmaq, analitik hesabatlar hazırlamaq bacarığı;
- Müasir marketinq və kommunikasiya alətləri üzrə dərin biliklər;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan, İngilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
- Yüksək təşkilatçılıq, ünsiyyət, analitik və yaradıcı düşüncə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
G
Bugün
Sales Manager
Ganjali Plaza Hotel • Bakı
Tam Ştat
500 ₼Müraciət et
S
Bugün
Satış təmsilçisi
Suyum AZ • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
Bugün
Satış rəhbəri (Satışın transformasiya lideri)
Sirab Satış və Dağıtım MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Market Müdiri
Army Group • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
P
Bugün
Savdo bo‘limi rahbari (o‘zbek tilini bilishi shart!) / Satış şöbəsinin rəhbəri (özbək dilini bilməsi mütləqdir!)
Pharmaline Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Satış Məsləhətçisi (Beyləqan)
Kontakt Home • Beyləqan
Tam Ştat
Müsahibə əsasındaMüraciət et