M

Max Print

Son tarix: 11 İyul 2026

Marketoloq

Marketinq və SatışBakıTam Ştat11 İyun 202624

1500

Vakansiya haqqında

Marketoloq

Max Print komandamıza təcrübəli və nəticəyönümlü Marketoloq axtarırıq.

İş yeri - Bakı şəhəri, Əlibəy Hüseynzadə küç. 84, AZ1014

İş qrafiki

  • 5 günlük iş həftəsi (5/2)
  • Tam ştat

Əmək haqqı 1500 – 2000 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq)

Vəzifə öhdəlikləri

  • Şirkətin marketinq strategiyasının hazırlanması və icrası;
  • Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və effektivliyinin ölçülməsi;
  • Rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
  • Sosial media və digər kommunikasiya kanalları üzrə marketinq fəaliyyətlərinin koordinasiyası;
  • Bazar araşdırmalarının aparılması və rəqib analizlərinin hazırlanması;
  • Brendin tanınmasının artırılması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi;
  • Satış komandasına marketinq dəstəyinin göstərilməsi;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması;
  • Reklam və promo materiallarının hazırlanmasına nəzarət;
  • Aylıq və rüblük hesabatların hazırlanması.

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı (mütləqdir);
  • Rəqəmsal marketinq alətləri üzrə biliklər (Google Ads, Google Analytics, Meta Ads və s.);
  • Marketinq planlama və layihə idarəetmə bacarıqları;
  • Analitik düşünmə və nəticəyönümlü yanaşma;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • Kreativ düşüncə və təşəbbüskarlıq;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;
  • Vaxtın effektiv idarə olunması və çoxsaylı layihələrlə işləmək bacarığı.

Təklif edirik

  • Azərbaycanın aparıcı reklam şirkətlərindən birində karyera imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və təlim imkanları;
  • Motivasiyaedici bonus sistemi;
  • Maraqlı və böyükmiqyaslı layihələrdə iştirak imkanı.

Müraciət qaydası

  • Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlərdən mövzu hissəsində “Marketoloq” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
  • Max Print komandasında peşəkar inkişaf və maraqlı layihələrdə iştirak etmək istəyən namizədlərin müraciətlərini gözləyirik.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Marketing Specialist

Max Print is looking for an experienced and results-driven Marketing Specialist to join our growing team.

Location - 84 Alibey Huseynzade Street, Baku, AZ1014, Azerbaijan

Working Schedule

  • Full-time position
  • 5 working days per week (Monday–Friday)

Salary AZN 1,500 – 2,000 Azn + (depending on qualifications and experience)

Key Responsibilities

  • Develop and implement the company's marketing strategy;
  • Plan, execute, and evaluate advertising and promotional campaigns;
  • Manage digital marketing activities and online brand presence;
  • Coordinate social media and marketing communication channels;
  • Conduct market research and competitor analysis;
  • Develop initiatives to increase brand awareness and market share;
  • Collaborate closely with the sales team to support business growth;
  • Manage marketing budgets and ensure effective resource allocation;
  • Oversee the development of advertising and promotional materials;
  • Prepare monthly and quarterly performance reports.

Requirements

  • Bachelor's degree in Marketing, Business Administration, or a related field;
  • Minimum 3 years of proven experience in marketing;
  • Fluent written and spoken Azerbaijani;
  • Fluent written and spoken English and Russian (mandatory);
  • Strong knowledge of digital marketing tools, including Google Ads, Google Analytics, Meta Ads, and related platforms;
  • Experience in marketing planning and project management;
  • Strong analytical and problem-solving skills;
  • Excellent communication, presentation, and negotiation abilities;
  • Proficiency in Microsoft Office applications, especially Excel and PowerPoint;
  • Creative mindset with strong initiative and organizational skills;
  • Ability to work effectively both independently and within a team;
  • Strong time-management and multitasking skills.

We Offer

  • Career growth opportunities in one of Azerbaijan's leading advertising companies;
  • Dynamic and professional working environment;
  • Professional development and training opportunities;
  • Performance-based bonus system;
  • Opportunity to participate in large-scale and innovative projects.

Application Procedure

  • Candidates who meet the above requirements are kindly requested to send their CVs to the e-mail address in the Apply for job button, indicating “Marketing Specialist” in the subject line of the email.
  • We welcome applications from professionals who are eager to grow their careers and participate in exciting projects as part of the Max Print team.

Only shortlisted candidates who meet the requirements will be contacted.

Oxşar vakansiyalar