F

FinexKredit BOKT

Son tarix: 30 Oktyabr 2026

Masallı filialı üçün Filial müdiri

İnzibati İşlərMasallıTam Ştat30 Sentyabr 202665

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə dair tələblər

  • iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
  • Bank, BOKT və ya Lombard sahəsində minimum 3 illik təcrübə;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.
  • Kreditlərin verilməsinə dair qayda, prosedur, təlimatları bilmək
  • Qızıldan anlayışı olmaq
  • Lombard krediti üzrə təcrübəsi olmaq
  • təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
  • Yaş: 30-45
  • Dil bilikləri: Azərbaycan dili (əla), 
  • Diqqətli və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

  • Filialın ümumi fəaliyyətini təşkil və idarə etmək, strateji və operativ hədəflərin icrasını təmin etmək; 
  • Kreditləşmə prosesinə nəzarət etmək, verilən kreditlərin keyfiyyətini  və risk səviyyəsini daim izləmək; 
  • Kredit portfelinin strukturunu, gecikmələri və problemli kreditləri mütəmadi təhlil etmək və müvafiq tədbirlər görmək; 
  • Filial üzrə aktivlərin, o cümlədən kredit portfelinin təhlükəsizliyini və qorunmasını təmin etmək; 
  • Kassa əməliyyatlarının düzgün aparılmasına, nağd vəsaitlərin uçotu və saxlanmasına nəzarət etmək; 
  • Mühasibat uçotu və hesabatlılığın düzgünlüyünü təmin etmək, Baş ofisə vaxtında və dəqiq hesabatların təqdim edilməsinə nəzarət etmək; 
  • Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələblərinə, daxili qayda və prosedurlara riayət olunmasını təmin etmək; 
  • ƏL/TMM (AML/CFT) tələblərinin icrasına nəzarət etmək, şübhəli əməliyyatların aşkar olunması və bildirilməsi prosesini təşkil etmək; 
  • Daxili nəzarət sisteminin effektivliyini təmin etmək, əməliyyat risklərini minimuma endirmək; 
  • İşçi heyətinin idarə olunmasını, iş bölgüsünü və əmək intizamına riayət edilməsini təmin etmək; 
  • Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək və müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər görmək; 
  • Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək; 
  • Filial üzrə maliyyə nəticələrinin (gəlir, xərc, mənfəət) təhlilini aparmaq və optimallaşdırma tədbirləri həyata keçirmək.

Əmək haqqı

  • Razılaşma yolu ilə.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Filial müdiri - Masallı filialı” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Oxşar vakansiyalar