O
OBA marketlər şəbəkəsi
Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi yenilənməsini həyata keçirmək;
- Resepturalarda istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin etmək;
- Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq;
- İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş uyğunsuzluqları araşdırmaq;
- Mal qəbulu, silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin etmək;
- İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq;
- Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;
- İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;
- ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək;
- Sistem məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq.
Tələblər
- Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli sahələr üzrə;
- İstehsalat uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi;
- Məhsul resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması;
- ERP və ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı;
- Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
- Xammal və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil etmək bacarığı;
- Anbar, istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
Usta
Bonsai Mebel • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
M
Bugün
Elektrikli Velosiped Ustası
Minvolt MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
İstehsalat rəhbəri
AN Production • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
D
Bugün
Operator
Dias MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Dünən
Keyfiyyətə Nəzarət üzrə İnspektor
Almet-STP MMC • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Dünən
İstehsalat üzrə hesabat mütəxəssisi (Beton prekast istehsalat məmulatları üzrə)
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et