A

Avenue

Son tarix: 29 İyun 2026

Mebel və Santexnika şöbələri üzrə Satış Mütəxəssisi

Marketinq və SatışŞəkiTam Ştat30 May 2026123

800

Vakansiya haqqında

Avenue Interiors komandası Mebel və Santexnika şöbələri üzrə Satış Mütəxəssisləri vəzifələrinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə mebel, interyer və ya santexnika məhsulları barədə peşəkar məsləhətlər vermək;
  • Müştəri ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsullar təklif etmək;
  • Satış prosesini effektiv şəkildə idarə etmək;
  • Məhsulların şourumda düzgün təqdimatına nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak etmək.

Tələblər:

  • Satış sahəsində iş təcrübəsi arzuolunandır;
  • Rus dilini sərbəst bilmək mütləqdir;
  • Güclü ünsiyyət və satış bacarıqları;
  • Məsuliyyətli, aktiv və komanda ilə işləmə bacarığı;
  • Lüks mebel, interyer və ya santexnika məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

  • Əmək haqqı: 800 – 1000 AZN 
  • Satışdan əlavə bonuslar
  • İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Tələblərə uğun namizədlər mövzu yerində “Mebel üzrə satış mütəxəssisi“ və ya “Santexnika üzrə satış mütəxəssisi“ qeyd edərək öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar