A

AzerFloat

Son tarix: 24 Sentyabr 2026

Mədən mühəndisi

MühəndislikBakıTam Ştat24 Avqust 202683

Müsahibə əsasında

Vakansiya haqqında

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

İş yeri: Azerfloat QSC

Vəzifə öhdəlikləri:

  • Qum yatağının istismarı və hasilat prosesinin planlaşdırılması və təşkili;
  • Yatağın geoloji və texniki göstəricilərinin təhlilində iştirak etmək;
  • Hasilat sahələrinin və iş ardıcıllığının müəyyən edilməsində iştirak etmək;
  • Qumun keyfiyyət göstəricilərinə nəzarət etmək və müxtəlif sahələr üzrə keyfiyyət dəyişikliklərini izləmək;
  • Zənginləşdirmə xəttinə verilən xammalın tələb olunan parametrlərə uyğunluğunu təmin etmək;
  • Qum nümunələrinin götürülməsi, analiz nəticələrinin izlənilməsi və nəticələr əsasında hasilatın yönləndirilməsində iştirak etmək;
  • Hasilat, yükləmə və xammalın daşınması proseslərinin koordinasiyası;
  • Mədən texnikasının və avadanlıqlarının səmərəli istifadəsinin planlaşdırılmasında iştirak etmək;
  • Hasilat həcmləri, ehtiyatlar, itkilər və digər əsas istehsalat göstəriciləri üzrə hesabatların hazırlanması;
  • Mədən işlərinin təhlükəsizlik və ekoloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət;
  • Qum zənginləşdirmə sahəsinin istehsalat, laboratoriya və texniki komandaları ilə sıx əməkdaşlıq etmək.

Namizədə tələblər:

  • Mədən mühəndisliyi, geologiya və ya uyğun texniki istiqamət üzrə ali təhsil;
  • Mədən və ya karxana sahəsində iş təcrübəsi;
  • Açıq üsulla hasilat prosesləri üzrə praktiki bilik;
  • Qum, silisium qumu və ya digər qeyri-filiz xammalları ilə iş təcrübəsi üstünlükdür;
  • Xammalın keyfiyyət göstəriciləri, nümunə götürülməsi və laborator analiz nəticələrinin şərh edilməsi üzrə anlayış;
  • Mədən planlaşdırılması, hasilat həcmlərinin hesablanması və ehtiyatların idarə olunması üzrə bilik;
  • Texniki sənədlər, sxemlər və hesabatlarla işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və istehsalat komandası ilə effektiv işləmək bacarığı.       

İş qrafiki:

  • İş saatı: 09:00 – 18:00;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Mədən mühəndisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar