A

Akad Group

Son tarix: 21 Avqust 2026

Memar

İnşaat və MemarlıqBakıTam Ştat21 İyul 202677

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Memarlıq layihələrinin konsept, eskiz və işçi layihələrinin hazırlanması;
  • Memarlıq planları, kəsiklər, fasadlar və detalların işlənməsi;
  • Layihələrin qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi;
  • Layihə komandası, konstruktor və MEP mühəndisləri ilə koordinasiyalı işləmək;
  • Müəllif nəzarətində iştirak etmək və zərurət olduqda obyektə baxış keçirmək;
  • Layihə sənədlərinin vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək.

Tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Memar vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • AutoCAD, ArchiCAD, RevitSketchUp proqramlarını yaxşı səviyyədə bilmək;
  • 3ds Max, Corona RenderLumion/Enscape proqramlarından birini bilmək üstünlükdür;
  • Adobe Photoshop proqramında işləmək bacarığı;
  • Tikinti norma və qaydaları (SNiP/SP, Azərbaycan tikinti normaları) üzrə biliklər;
  • İşçi layihələrinin hazırlanması üzrə praktiki təcrübə;
  • Məsuliyyətli, dəqiq, komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı (müsahibə əsasında);
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rahat və müasir iş mühiti;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən CV-lərini və mümkün olduqda portfoliolarını mövzu hissəsində "Memar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar