D

Dost İnşaat MMC

Son tarix: 31 Oktyabr 2026

Memar-dizayner

İnşaat və MemarlıqBakıTam Ştat1 Oktyabr 202629

800 ₼

Vakansiya haqqında

İş şəraiti:
•    İş günləri: I-V günlər (Həftə içi)
•    İş saatı: 09:00-18:00.
•    Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
•    Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin ediləcək.
•    Ünvan:Çinar Park Biznes mərkəzi.

İşin Təsviri:
•    Memarlıq üzrə dizayn mərhələlərinə (konsept, eskiz/sxematik, detallı dizayn və tikinti sənədləri) rəhbərlik və idarəetməni həyata keçirmək;
•    Dizayn və tikinti mərhələləri boyunca məsləhətçilər, podratçılar, təchizatçılar və icarədarlarla sıx koordinasiyanın təmin edilməsi;
•    Material seçimi proseslərinə dəstək göstərilməsi, o cümlədən mock-up baxışları və texniki təsdiqlər;
•    MEP və shop drawing-lərin nəzərdən keçirilməsi, koordinasiyası və təsdiqlənməsi;
•    Görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
•    Müştərilərlə əməkdaşlıq edərək layihələr üzrə tələblərin müəyyən edilməsi.

Tələblər:
•    Ali təhsil (müvafiq sahədə);
•    İnteryer & Eksteryer & Landşaft dizayn sahəsində azı 3 il iş təcrübəsi;
•    Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax və s.;
•    Tikinti norma və qaydaları (SNiP/SP, Azərbaycan tikinti normaları) üzrə biliklər;
•    Yüksək keyfiyyətli 3D modelləşdirmə və fotorealistik vizuallaşdırmaların hazırlanması;
•    Layihələndirmə prosesində müxtəlif sahə mühəndisləri ilə birgə işləmə bacarığı;
•    Məsuliyyətli, dəqiq və işi vaxtında təhvil vermək bacarığı;
•    Detallara diqqət və eyni zamanda bir neçə layihəni paralel idarə etmə bacarığı;
•    Portfolionun olması mütləqdir (İşçilik layihəsi + interyer və eksteryerin 3D görüntüləri daxil olmaqla).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV və Portfoliolarını Subject/Mövzu hissədə “Memar-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
QEYD! ; Portfolio təqdim etməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək.

Oxşar vakansiyalar