A

Azersun Holding

Son tarix: 24 Oktyabr 2026

Memar (Formen)

İnşaat və MemarlıqBakıTam Ştat25 Sentyabr 202642

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkət: Al Market MMC

Tələblər

  • Memarlıq, İnşaat və ya müvafiq texniki ixtisas üzrə bakalavr ali təhsili;
  • Təmir-tikinti və ya mağaza layihələrinin icrası üzrə iş təcrübəsi;
  • Memarlıq layihələri, çertyojlar və texniki planların hazırlanması üzrə bilik;
  • Təmir-tikinti işlərinin sahədə koordinasiyası və podratçıların idarə olunması bacarığı;
  • Komanda ilə işləmək, operativ qərar qəbul etmək və texniki problemləri həll etmək bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi.

Vəzifə öhdəlikləri

  • Yeni və yenilənən mağazaların təmir-tikinti işlərinin sahədə koordinasiyasını həyata keçirmək;
  • Sahədə ölçü işlərini aparmaq, memarlıq layihələri, çertyojlar və texniki planlar hazırlamaq;
  • Təmir-tikinti işlərinin təsdiq edilmiş layihə və AL Market standartlarına uyğun icrasına nəzarət etmək;
  • Usta və podratçıların fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü təşkil etmək;
  • Tikinti, elektrik, santexnika, havalandırma, döşəmə, tavan və digər işlərin qarşılıqlı koordinasiyasını təmin etmək;
  • Görülən işlərin keyfiyyətinə və təsdiq edilmiş iş qrafikinə uyğun icrasına nəzarət etmək;
  • İstifadə olunan tikinti və təmir materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Sahədə yaranan texniki və təşkilati problemləri operativ müəyyənləşdirmək və həll prosesini koordinasiya etmək;
  • Mağazaların açılış tarixlərinə uyğun olaraq təmir və hazırlıq işlərinin vaxtında tamamlanmasını təmin etmək;
  • Sahədə görülən işlərin gedişatını mütəmadi izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
  • Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək və layihə sənədlərinin düzgün formalaşdırılmasını təmin etmək;
  • Layihələrin yekun təhvil-təslim prosesində iştirak etmək və işlərin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq.

İş şəraiti

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Bakı, AL Market MMC-nin Baş ofis
  • Nəqliyyat dəstəyi mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Memar – AL Market MMC” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar