A

Amal Group

Son tarix: 1 Oktyabr 2026

Memar (Qubadlı rayonu)

İnşaat və MemarlıqQubadlıTam Ştat31 Avqust 202683

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şöbə müdirinin göstərişi ilə yeni layihə tapşırığı ilə əlaqədar  zəruri hallarda yerlərdə ilkin məlumatları dəqiqləşdirmək;
  • Yeni layihə tapşırığı haqqında məlumatı Outlook (e-mail) vasitəsi ilə İnşaat şöbə müdirinə bildiriş göndərmək;
  • Sifarişçilərlə danışıqlar aparır və onların tələblərini nəzərə almaq;
  • Layihələrin  2D və 3D formatda eskizlərin hazırlanmasını icra etmək;
  • Layihələrin  2D və 3D formatda eskizlərin sifarişçi tərəfindən təsdiq edilməsini təmin etmək; (Eskiz  ilkin tələb və şərtlərə uyğunluğu parametrlərinə görə Bölmə müdiri ilə razılaşdırılıdıqdan sonra Kommersiya Direktoru ilə razılaşdırılır);
  • Təsdiqlənmiş eskizlər üzrə fotoalbomların çap olunması və arxivləşdirilməsini təmin etmək;
  • İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları təqdim etmək;
  • Çertyojların hazırlanması və yekunlaşdırılması ilə əlaqədar avadanlıq və ehtiyatları toplamaq;
  • Seçilmiş çertyoj növünü layihə ilə əlaqələndirmək;
  • Çertyojların yeri, ölçüsü, təfərrüatı və başlığı ilə əlaqədar seçimləri layihə ilə əlaqələndirmək;
  • İnteryerin layihələndirilməsi ilə əlaqədar konseptlər üçün yekun çertyojları hazırlamaq;
  • Layihələndirmə ilə əlaqədar sənədləri hazırlamaq;
  • Konstruksiyanın daşıyıcı və qeyri-daşıyıcı elementləri, xidmət üzrə məlumatları ehtiva edən plan və texniki tələblərlə birlikdə layihələndirmə üzrə çertyojları yekunlaşdırmaq; 
  • Layihəni müştəriyə təqdim etmək, onun təklif etdiyi əlavə və düzəlişləri nəzərə almaq;
  • Məişət avadanlıqlarını, bədii əsərlər və aksesuarları seçir və layihələndirmək;
  • Daxili şəraitin planlaşdırılmasına təsir edən büdcə, memarlıq sahəsində üstünlüklər, eləcə də təyinat və vəzifələr kimi amilləri müəyyən etmək üçün müştərilərlə məsləhətləşmək;
  • Layihə ilə bağlı ideyaları montaj və çertyojlar formasında təqdim etmək;
  • Materiallar üzrə tələbləri, xərcləri qiymətləndirmək və layihəni təsdiq etmək üçün müştəriyə təqdim etmək;

İş qrafiki və qeydlər:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq 

Tələblər:

  • Təhsil: Ali
  • İş stajı: Memar kimi azı 3 il təcrübə

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Memar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar