T

Turkesh Dekor 2010

Son tarix: 25 Oktyabr 2026

MEP mühəndisi

MühəndislikBakıTam Ştat25 Sentyabr 202648

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • İş saatı: 09:00-18:00

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti və təmir layihələri üzrə MEP işçi çertyojlarının (shop drawing) hazırlanması;
  • Layihə və texniki sənədlərin oxunması, təhlili və sahəyə uyğunlaşdırılması;
  • Elektrik, mexaniki və santexnika sistemləri üzrə çertyojların hazırlanması və koordinasiyası;
  • Sahədə ölçülərin götürülməsi və as-built çertyojların hazırlanması;
  • MEP işlərinin layihə, spesifikasiya və texniki tələblərə uyğunluğunun yoxlanılması;
  • Material və avadanlıq spesifikasiyalarının hazırlanması və texniki sənədlərin yoxlanılması;
  • Sahə komandası, digər mühəndislər və podratçılarla MEP işlərinin koordinasiyası;

Vəzifə üzrə tələblər: 

  • MEP, mexanika, elektrik mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə bilik;
  • MEP layihələrinin hazırlanması və texniki çertyojların oxunması bacarığı;
  • AutoCAD proqramında işləmə bacarığı;
  • Revit MEP proqramını bilmək üstünlükdür;
  • Texniki sənədləşmə və spesifikasiyaların hazırlanması üzrə bacarıq;
  • MEP sistemlərinin quraşdırılması və texniki nəzarəti üzrə anlayış;
  • Yüksək məsuliyyətlilik və dəqiqlik;
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı;

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “MEP mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar