A

Azərbaycan Mikro Kredit BOKT

Son tarix: 5 Sentyabr 2026

Məsafədən Kredit Əməliyyatları üzrə kiçik mütəxəssis (RDC üzrə kiçik mütəxəssis)

Maliyyə və MühasibatlıqBakıRemote5 Avqust 2026130

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri - Bakı şəhəri, Səbail rayonu, Nizami 68

İş qrafiki - Növbəli iş qrafiki

Vəzifənin məqsədi

  • Müştərilər tərəfindən təqdim edilən kredit müraciətlərinin daxili prosedurlara uyğun şəkildə operativ emalı, məlumatların yoxlanılması, müştəri ilə telefon əlaqəsinin qurulması və kreditin sistem üzərindən rəsmiləşdirilməsi.

Əsas vəzifələr

  • Kredit müraciətlərini CRM və daxili sistem üzərindən qəbul etmək; 
  • Müştərinin təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamaq; 
  • Müştəri ilə  telefon danışığı aparmaq; 
  • Çatışmayan məlumat və sənədləri müəyyən etmək; 
  • Daxili prosedurlara əsasən sistemdə yoxlamaları həyata keçirmək; 
  • Müəyyən olunmuş qaydalara uyğun krediti təsdiqləmək və ya növbəti mərhələyə yönləndirmək; 
  • Bütün əməliyyatları CRM sistemində düzgün qeyd etmək; 
  • Məlumatların məxfiliyini qorumaq; 
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. 

Namizədə tələblər

Təhsil

  • Ali və ya orta ixtisas təhsili. 

Təcrübə

  • İş təcrübəsi arzuolunandır. 
  • Bank, BOKT, Call Center və ya müştəri xidmətləri sahəsində təcrübəsi olanlara üstünlük veriləcək. 
  • Təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər. 

Bilik və bacarıqlar

  • Kompüterdən sərbəst istifadə bacarığı; 
  • Sürətli məlumat daxil etmə bacarığı; 
  • Microsoft Word və Excel proqramlarını bilmək arzuolunandır; 
  • Azərbaycan dilində sərbəst danışıq; 
  • Rus dili biliyi üstünlük hesab olunur; 
  • Diqqətlilik və məsuliyyətlilik; 
  • Operativ qərarvermə və çevik işləmə bacarığı; 
  • Komandada işləmək bacarığı. 

Şəxsi keyfiyyətlər

  • Gənc və enerjili; 
  • Dinamik iş mühitinə uyğunlaşa bilən; 
  • Yüksək məsuliyyət hissi; 
  • Dəqiqlik; 
  • Ünsiyyət bacarığı; 
  • Stressə davamlılıq; 
  • Öyrənməyə açıq olmaq.

Şirkət təklif edir

  • Stabil iş yeri; 
  • Peşəkar inkişaf imkanları; 
  • Daxili təlimlər; 
  • Karyera yüksəlişi imkanı; 
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; 
  • Rəqabətli əməkhaqqı və motivasiya sistemi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: +994512447117

Oxşar vakansiyalar