800 ₼
Vakansiya haqqında
İş yeri: Mehdiabad qəsəbəsi
Əsas Ödhəliklər (Namizəd nə iş görəcək?):
• Dizayn işlərinin görülməsi: Müştərilərin istəyinə uyğun olaraq promo məhsulların, stikerlər, vizitkartlar və digər reklam məhsulları üçün dizaynların sıfırdan hazırlanması və ya mövcud eskizlərin redaktə edilməsi.
• Faylların çapa hazırlanması: Hazırlanmış dizaynların cihazların tələblərinə uyğun olaraq vektor formatına salınması, kəsim xətlərinin (kontur) qoyulması və rəng (CMYK, Ağ rəng, Lak) sazlamalarının edilməsi.
• UV Çap Prosesi: NOCAI UV A3 MAX printerində məhsulların üzərinə düzgün parametrlərlə yüksək keyfiyyətli çapın verilməsi.
• Avadanlıqlara nəzarət: Cihazların proqram təminatı ilə işləmək, gündəlik təmizliyinə, rəng səviyyələrinə (çiplərin daxil edilməsi) və işlək vəziyyətdə olmasına nəzarət etmək.
Tələblər (Namizəddə hansı xüsusiyyətlər olmalıdır?):
• Reklam, poliqrafiya və ya dizayn sahəsində minimum 1 il iş təcrübəsi.
• CorelDRAW, Adobe Illustrator və s. proqramlarında peşəkar səviədə işləmək bacarığı. Reklam materiallarının xüsusiyyətləri (vinil, plexiglass, müxtəlif kağız növləri) və çapöncesi (pre-press) hazırlıq barədə biliklər. Mexaniki cihazlarla işləmək bacarığı, diqqətlilik və əl qabiliyyəti , Portfolio
İş Şərtləri: • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 - 18:00 (Şənbə və Bazar istirahət günləri).
• Əmək haqqı: Razılaşma yolu ilə (namizədin dizayn və texniki bacarıq səviyyəsinə görə təyin olunacaq).
• Müasir kompüter və istehsalat avadanlıqları ilə təchiz olunmuş rahat iş mühiti.
Müraciət Qaydası: Maraqlanan namizədlərdən öz CV və portfoliolarını (gördükləri işlərin nümunələrini) [email protected] poçtuna, mövzu hissəsində "Dizayner-Operator" qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
İnteryer dizayner
Kontakt Home • Bakı
Landşaft Dizayner
Landpro.Az • Bakı
İnteryer dizayner
İnterium.az • Bakı
Qrafik Dizayner
Bilik • Bakı
Qablaşdırma Dizaynı Üzrə Qrafik Dizayner
Inci Group Of Companies • Bakı
İnteryer Dizayner
Arzena Design • Bakı