Müsahibə əsasında
Vakansiya haqqında
İşin təsviri
- Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki vəziyyətinə nəzarət;
- Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və kalibrləmə müddətlərini izləmək, müvafiq qrafikləri hazırlamaq və yeniləmək;
- Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində iştirak etmək;
- Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin təşkili prosesində iştirak etmək;
- Məhsullar üzrə uyğunluq sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına dəstək göstərmək;
- Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək göstərmək;
- Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və müvafiq qeydləri yeniləmək.
Tələblər
- Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika, maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili;
- 0–6 ay iş təcrübəsi; müvafiq sahədə ilkin bilik və təcrübənin olması üstünlükdür;
- Azərbaycan dilində sərbəst ünsiyyət, Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Metrologiya və ölçmə vasitələri haqqında ilkin biliklər;
- Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi prinsipləri barədə ilkin anlayış;
- Texniki sənədlərlə işləmək və sənədləşmə aparmaq bacarığı;
- MS Office proqramlarından və ERP sistemlərindən istifadə bacarığı.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Baş Mühəndis - Konstruktor
AZPROM • Abşeron
Tam Ştat
1500 ₼Müraciət et
I
Dünən
ESP Electrical Engineer / Electromechanical Engineer
IRES • Bakı
Tam Ştat
2300 ₼Müraciət et
C
Dünən
Yanğın siqnalizasiya sistemləri üzrə mühəndis
Confirex • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
C
Dünən
Avtomatika üzrə mühəndis
Confirex • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Dünən
Texnoloq
RB AGRO MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
C
10 Oktyabr 2026
Baş Mexanik
Camal LTD • Bakı
Tam Ştat
3000 ₼Müraciət et