A

AAC MMC

Son tarix: 22 Oktyabr 2026

Mexanik-Çilingər

MühəndislikBakıTam Ştat22 Sentyabr 202674

950

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Əsas və yardımçı istehsalat avadanlıqlarının, yükqaldıran maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;
  • Avadanlıqların qovşaq və hissələrində yaranan nasazlıqları, zədələnmə və yeyilmələri müəyyən etmək, onların səbəb və dərəcəsini qiymətləndirmək;
  • Boru və flanş birləşmələrinin, impuls xətlərinin, siyirtmələrin və digər mexaniki avadanlıqların təmirini həyata keçirmək;
  • Zərurət yarandıqda təmir və bərpa işləri çərçivəsində qaynaq işlərini yerinə yetirmək;
  • Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;
  • Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;
  • Quraşdırma və təmir prosesində zədələnmiş və sınmış hissələri müəyyən etmək və onların bərpasını həyata keçirmək;
  • Yeni avadanlıqların quraşdırılmasında, həmçinin ağır və iri həcmli işlər zamanı mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
  • Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;
  • Təmir və texniki xidmətdən sonra avadanlıqların istismara hazır vəziyyətdə təhvil verilməsini təmin etmək;
  • İstifadəsində olan alət, avadanlıq və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Avadanlıqların və qaz balonlarının daşınması, saxlanılması və təhlükəsiz istismarı qaydalarına riayət etmək;
  • Avadanlıqların qəzasız və etibarlı fəaliyyətinin təmin edilməsi, təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsində iştirak etmək;
  • Görülmüş işlərlə bağlı tələb olunan sənədləri və hesabatları dolduraraq birbaşa rəhbərə təqdim etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Namizədə tələblər:

  • Orta ixtisas və ya peşə təhsili;
  • Mexanik-çilingər, çilingər-təmirçi və ya analoji vəzifədə iş təcrübəsi;
  • Mexaniki avadanlıqların sökülməsi, yığılması və təmiri üzrə praktiki bilik;
  • Boru xətləri, flanş birləşmələri, siyirtmələr və mexaniki qovşaqlar üzrə anlayış;
  • Əl alətləri və mexanikləşdirmə vasitələrindən istifadə bacarığı;
  • Qaynaq işləri üzrə bacarıq üstünlükdür;
  • Yükqaldıran mexanizmlərlə aparılan montaj və demontaj işlərinin əsaslarını bilmək;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı.

İş şəraiti:

  • İş yeri: Səngəçal
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: 950-1000 AZN
  • Servis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servis
  • Nahar xidməti: İşçilər üçün nahar təmin edilir

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar