Müsahibə əsasında
Vakansiya haqqında
İşin təsviri
- Santexnik və mexaniki sistemlərinin (soyutma və isitmə, havalandırma, su təchizatı, kanalizasiya, qaz təchizatı və s.) layihələndirilməsi, montajı, istismarı və təmiri üzrə texniki rəhbərliyin həyata keçirilməsi;
- AutoCAD və digər CAD mühəndislik proqram təminatlarından istifadə etməklə mexaniki sistemlərin və məhsulların layihələndirilməsinin həyata keçirilməsi;
- Layihə sistemləri və əməliyyat məlumatlarının təhlil edilməsi, avadanlıq ehtiyacları və sistem tələblərinin müəyyənləşdirilməsi;
- Mexaniki, elektrik və santexnika (MEP), eləcə də isitmə, havalandırma və kondisionerləşdirmə (HVAC) sistemlərini əhatə edən layihələndirmə sənədlərinin, tikinti planlarının, texniki təsvirlərin və spesifikasiyaların nəzərdən keçirilməsi və uyğunluğunun təhlil edilməsi;
- Yeraltı kanalizasiya sistemlərinin layihəyə uyğun şəkildə montaj və quraşdırılmasının təşkili və nəzarətin təmin edilməsi;
- MEP (mexaniki, elektrik və santexnika) bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq layihələrin inteqrasiyasına nəzarətin həyata keçirilməsi;
- Normativ-texniki tələblərə uyğunluq baxımından layihə üzrə təkmilləşdirmə və düzəlişlərə dair təkliflərin hazırlanması;
- Tikinti sahəsində texniki nəzarətin aparılması, sınaq və qəbul işlərinin koordinasiya edilməsi;
- Quraşdırma zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (müvafiq mühəndislik ixtisası üzrə);
- Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
- HVAC, su və kanalizasiya, qaz və isitmə sistemləri üzrə texniki biliklər;
- Layihə sənədləri və çertyojlarla işləmə bacarığı;
- AutoCAD proqramlarını yaxşı səviyyədə bilmək;
- Komandada işləmə və koordinasiya qabiliyyəti.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Mexanika mühəndisi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
B
Bugün
Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis
Bakı Dövlət Layihə İnstitutu • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
İsitmə, ventilasiya və havanın kondisionerləşdirməsi (İVK) üzrə mühəndis
Bakı Dövlət Layihə İnstitutu • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
I
Bugün
Electronics Engineer — Offshore
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Elektrik mühəndisi
Chirag Plaza • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Mühəndis
Chirag Plaza • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
Dünən
Инженер по ремонту и обслуживанию принтеров
DiVi Corporation • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et