T

TAİS İKF MMC

Son tarix: 10 Avqust 2026

Meyvə və tərəvəz anbarı üzrə nəzarətçi

İnzibati İşlərBakıTam Ştat10 İyul 202623

1200

Vakansiya haqqında

 

  1. İş qrafiki: 6 günlük iş rejimi
  2. Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  3. İş yeri : TAİS-İKF MMC
  4. Ünvan: Nərimanov rayonu

Tələblər:

 

  1. Anbar sahəsində minimum 3 il iş təcrübəsi (meyvə və tərəvəz sahəsində təcrübə üstünlükdür)
  2. Meyvə və tərəvəz məhsullarının saxlanma və qəbul qaydalarını bilmək
  3. Anbar uçotu və inventarlaşdırma üzrə biliklərə malik olmaq
  4. Məsuliyyətli, diqqətli və dəqiq işləmək bacarığı
  5. Analitik düşünmə və problem həll etmə bacarığı
  6. Komanda ilə işləmək və işçi heyətini koordinasiya etmək bacarığı
  7. Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
  8. Microsoft Excel və 1C proqram təminatında sərbəst işləmək, məlumatların emalı, uçotu və hesabatların hazırlanması bacarığı

Vəzifə öhdəlikləri:

 

  1. Anbara daxil olan bütün tərəvəz və meyvələrin miqdarını, keyfiyyətini və müşayiətedici sənədlərini yoxlamaq
  2. Məhsulların çeşidlənməsi, yuyulması, təmizlənməsi və qablaşdırılması proseslərinə gündəlik nəzarət etmək
  3. Məhsulların sifarişlərə uyğun, düzgün çəki ilə göndərilməsinə nəzarət etmək
  4. Bütün əməliyyatların 1C proqramı vasitəsilə düzgün idarə olunmasına nəzarət etmək
  5. Emal zamanı məhsul itkisini (tullantı faizini) izləmək və normadan artıq itkilərin səbəblərini araşdırmaq
  6. İstehsal planına uyğun olaraq gündəlik emal həcmini təşkil etmək və iş bölgüsünü aparmaq
  7. İşçilərin işə davamiyyətinə, əmək intizamına və iş bölgüsünə nəzarət etmək
  8. Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının (HACCP tələblərinin) icrasını təmin etmək
  9. Emal avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, yaranan nasazlıqlar barədə vaxtında rəhbərliyi məlumatlandırmaq
  10. Hazırlanmış məhsulların çəkisini, keyfiyyətini və qablaşdırılmasını yoxlayaraq təhvil vermək
  11. Gündəlik istehsal, tullantı və məhsuldarlıq hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  12. Xammalın, qablaşdırma materiallarının və digər ehtiyatların səmərəli istifadəsinə nəzarət etmək
  13. Soyuducu kameralarda saxlanma temperaturunun və məhsulların yerləşdirilmə qaydalarının müəyyən olunmuş tələblərə uyğunluğunu yoxlamaq
  14. FIFO (İlk daxil olan – ilk çıxar) prinsipinin tətbiqinə nəzarət etmək
  15. Keyfiyyətsiz və ya istifadəyə yararsız məhsullar aşkar edildikdə dərhal rəhbərliyi məlumatlandırmaq və müvafiq aktların tərtib edilməsini təmin etmək
  16. Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını təşkil etmək
  17. İstehsalın fasiləsiz aparılması məqsədilə Mərkəzi Anbar, Təchizat, Logistika və Mərkəzi Mətbəx ilə operativ əlaqəni təmin etmək
  18. Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Oxşar vakansiyalar