R

Redmark Agency

Son tarix: 28 İyul 2026

Məzmun Yaradıcısı (Content Creator)

Marketinq və SatışBakıTam Ştat19 İyun 202629

Vakansiya haqqında

Biz, dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!

Əsas Öhdəliklər:
- Kontent Strategiyası və Planlama: Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması.
- Vizual Kontent Yaradılması: Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
- Kopiraytinq: Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması.
- Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması.
- Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması.

Namizədə Dair Tələblər:
- Təcrübə: Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
- Portfolio: Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
- Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
- Şəxsi Keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.

İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19:00.
İş rejimi - hibriddir.

Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Mövzu hissəsində "Middle Content Creator" yazılması mütləqdir. Portfolio olmayan müraciətlərə baxılmayacaq.

Oxşar vakansiyalar