Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Laboratoriyada mövcud mikrobioloji cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO, Avropa və digər beynəlxalq standartların, eləcə də təsdiq edilmiş sınaq metodlarının tələblərinə uyğun mikrobioloji analizləri həyata keçirməli, analiz metodlarının təkmilləşdirilməsi və daha səmərəli metodların tətbiqi ilə bağlı təkliflər verməlidir;
- Mikrobioloji laboratoriyada istifadə olunan cihaz və avadanlıqların istismar təlimatlarına uyğun olaraq dövri yoxlanmasını, gündəlik nəzarətini, texniki qulluq və saxlanma işlərini həyata keçirməlidir;
- Aparılan mikrobioloji analizlərin nəticələrini, ilkin müşahidələrini və digər laboratoriya qeydlərini vaxtında və düzgün şəkildə sənədləşdirməli, aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etməlidir;
- Mikrobioloji analizlər üçün istifadə olunan qida mühitlərinin (kultural mühitlərin), steril məhlulların, reagentlərin, nəzarət ştammlarının və digər laboratoriya materiallarının hazırlanmasını, sterilizasiyasını və saxlanmasını təsdiq edilmiş prosedurlara uyğun həyata keçirməlidir;
- İş yerini, istifadə etdiyi cihazları, avadanlıqları və laboratoriya ləvazimatlarını təmiz, saz və işlək vəziyyətdə saxlamalı, aseptik iş prinsiplərinə, əməyin mühafizəsi, biotəhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidir;
- Mikrobioloji analiz metodlarının validasiya və verifikasiya işlərində, laboratoriyalararası müqayisə sınaqlarında, səriştəlilik sınaqlarında (PT) və digər keyfiyyət təminatı tədbirlərində iştirak etməlidir;
- Mikrobioloji laboratoriyada istifadə olunan qida mühitlərinin, reagentlərin, nəzarət ştammlarının, sərf materiallarının və laboratoriya ləvazimatlarının uçotunu aparmalı, ehtiyat səviyyəsinə nəzarət etməli və vaxtında sifariş verilməsini təmin etməlidir;
- Laboratoriya fəaliyyəti zamanı aşkar edilmiş uyğunsuzluqlar, kontaminasiya halları, kənarlaşmalar və avadanlıq nasazlıqları barədə dərhal birbaşa rəhbərini məlumatlandırmalı, onların aradan qaldırılması istiqamətində görülən tədbirlərdə iştirak etməlidir;
- Laboratoriya məlumatlarının məxfiliyini təmin etməli, keyfiyyət idarəetmə sisteminin tələblərinə, daxili prosedurlara və ISO/IEC 17025 standartının tələblərinə uyğun fəaliyyət göstərməlidir.
Tələblər:
Təhsil:
- Mikrobiologiya, biologiya, qida mühəndisliyi, biotexnologiya, biokimya üzrə ali təhsil.
Təcrübə:
- Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis və rus dilləri – arzuolunandır.
Kompüter bilikləri:
- MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı.
Texniki və normativ biliklər:
- Mikrobioloji laboratoriya cihaz və avadanlıqlarının iş prinsipləri, istismarı və texniki qulluğu üzrə bilik;
- Biotəhlükəsizlik, aseptik iş prinsipləri, laboratoriya gigiyenası, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarını bilməli;
- ISO/IEC 17025 standartının tələbləri və digər aidiyyəti normativ-texniki sənədlər barədə məlumatlı olmalı;
- Mikrobioloji analiz metodları, qida mühitləri (kultural mühitlər), sterilizasiya prosesləri və dövlət standartlarına uyğun sınaq metodları ilə işləmək bacarığı;
- Analitik düşüncə, nəticələrin düzgün qiymətləndirilməsi, problem həll etmə və çevik qərarvermə bacarığı.
Sertifikatlar:
- ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır).
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Mikrobioloq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
A
Bugün
Baytar Həkim
Azersun Holding • Kürdəmir
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Y
Bugün
Baytar həkim
Yalama Agropark MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Z
4 Avqust 2026
Tibbi nümayəndə
Zed Farm • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
3 Avqust 2026
Əczaçı
Buta Farm • Bakı
Tam Ştat
530 ₼Müraciət et
H
3 Avqust 2026
Tibb nümayəndəsi
Healthy Life • Bakı
Tam Ştat
600 ₼Müraciət et
G
31 İyul 2026
Tibbi nümayəndə
Gera Pharma • Bakı
Tam Ştat
700 ₼Müraciət et