A
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Modelləşdirmə və proqnozlaşdırma şöbəsinin rəisi
Müsahibə əsasında
Vakansiya haqqında
Struktur bölmənin adı: Tədqiqatlar departamenti
Vəzifənin funksiyaları:
- Pul siyasəti və maliyyə sabitliyi komitəsinin iclasları üçün makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanması məqsədilə proseslərin təşkili;
- Proqnoz keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mövcud modellərin təkmilləşdirilməsi və yeni modellərin qurulması ilə bağlı proseslərin təşkili və proseslərdə birbaşa iştirak;
- Siyasət gündəliyindən irəli gələn tədqiqat işlərinin aparılmasında iştirak və işlərin təşkili;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında müxtəlif proqnozların, həmçinin tematik tədqiqatların aparılmasının təşkili və birbaşa iştirak;
- Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasının təşkil edilməsi;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Təhsil
- İqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil
Təcrübə
- Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
Texniki biliklər
- Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə
Kompüter bacarığı
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Matlab (IRIS Macroeconomic Modeling Toolbox) və Eviews (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə
- MS Office proqramları - Yüksək səviyyədə
Dil bilikləri
- Azərbaycan dili - yüksək səviyyədə
- İngilis dili – yüksək səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Liderlik kompetensiyaları
- Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə
Əlavə tələblər
- Seçim prosesi çərçivəsində real iş mühitində praktiki tapşırıq yerinə yetirmək
- GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
F
Bugün
Yanğından mühafizə sistemləri üzrə audit
Fire Safety Caspian Azerbaijan • Bakı
Tam Ştat
2500 ₼Müraciət et
P
Bugün
İstehsalat rəisi
Protech Trade MMC • Sumqayıt
Tam Ştat
800 ₼Müraciət et
R
Bugün
Xadimə
Roofs MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
R
Bugün
Filial meneceri (xanımlar üçün)
Real Beauty • Bakı
Tam Ştat
—Müraciət et
E
Bugün
Менеджер по работе с клиентами
Empire by Asthetik Lab • Bakı
Tam Ştat
800 ₼Müraciət et
P
Bugün
İnzibatçılıq şöbəsinin Assistenti
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et