B

Bank Avrasiya

Son tarix: 4 Oktyabr 2026

Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat4 Sentyabr 202633

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədlər üçün irəli sürülən tələblər:

  • Ali təhsil — maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisaslar üzrə;
  • Banklarda kredit təhlili, kredit monitorinqi və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Biznes kreditlərinin maliyyə təhlili və monitorinqi üzrə praktiki təcrübə;
  • Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarını təhlil etmək bacarığı;
  • Maliyyə əmsalları, pul axını, borc yükü və ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə biliklər;
  • Girov təminatlarının monitorinqi və qiymətləndirmə hesabatları ilə işləmək bacarığı;
  • Azərbaycan Respublikasının bank və kredit fəaliyyəti üzrə normativ tələbləri haqqında biliklər;
  • MS Office, xüsusilə MS Excel proqramında yaxşı işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Ezamiyyətlərə və müştərilərin fəaliyyət ünvanlarına monitorinq səfərlərinə hazır olmaq; 
  • İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik 

Üstünlük veriləcək namizədlər

  • Orta və iri biznes kreditlərinin monitorinqi üzrə təcrübəsi olan;
  • Kredit anderraytinqi və ya kredit risklərinin qiymətləndirilməsi sahəsində çalışmış;
  • Vergi hesabatları, bank hesabı çıxarışları və idarəetmə hesabatlarını müqayisəli təhlil edə bilən;
  • Monitorinq nəticələrinə əsasən erkən xəbərdarlıq indikatorlarını müəyyən etmək təcrübəsi olan;
  • Kredit dosyelərinin normativ və daxili prosedurlara uyğunluğunu yoxlamaq bacarığı olan namizədlə
  • Şəxsi avtomobilin və B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Kredit portfeli üzrə planlı və növbədənkənar monitorinqlərin həyata keçirilməsi;
  • Borcalanların maliyyə vəziyyətinin, biznes fəaliyyətinin və ödəmə qabiliyyətinin təhlili;
  • Kredit vəsaitinin təyinatı üzrə istifadəsinin yoxlanılması;
  • Girov predmetlərinin mövcudluğunun, vəziyyətinin, saxlanma şəraitinin və sığorta təminatının yoxlanılması;
  • Müştərinin biznes obyektlərinə səfərlərin həyata keçirilməsi və monitorinq aktlarının hazırlanması;
  • Maliyyə hesabatlarının, hesab dövriyyələrinin, vergi məlumatlarının və digər təsdiqedici sənədlərin təhlili;
  • Kredit şərtlərinə, müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına əməl olunmasına nəzarət;
  • Problemli kreditə çevrilmə riski yaradan erkən xəbərdarlıq əlamətlərinin müəyyən edilməsi;
  • Aşkarlanmış risk və uyğunsuzluqlar barədə əsaslandırılmış rəy və hesabatların hazırlanması;
  • Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət;
  • Kredit portfelinin keyfiyyəti və monitorinq nəticələri üzrə dövri hesabatların hazırlanması;

Xahiş olunur mövzu hissəsində Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis vəzifəsini qeyd edib CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

Oxşar vakansiyalar