B

Bank Avrasiya ASC

Son tarix: 4 Oktyabr 2026

Monitorinq şöbəsi - aparıcı/baş mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat4 Sentyabr 202626

1400

Vakansiya haqqında

 

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 dan–18:00 dək;

Tələblər:

 

  1. Ali təhsil — maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisaslar üzrə;
  2. Banklarda kredit təhlili, kredit monitorinqi və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  3. Biznes kreditlərinin maliyyə təhlili və monitorinqi üzrə praktiki təcrübə;
  4. Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarını təhlil etmək bacarığı;
  5. Maliyyə əmsalları, pul axını, borc yükü və ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə biliklər;
  6. Girov təminatlarının monitorinqi və qiymətləndirmə hesabatları ilə işləmək bacarığı;
  7. Azərbaycan Respublikasının bank və kredit fəaliyyəti üzrə normativ tələbləri haqqında biliklər;
  8. MS Office, xüsusilə MS Excel proqramında yaxşı işləmək bacarığı;
  9. Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  10. Ezamiyyətlərə və müştərilərin fəaliyyət ünvanlarına monitorinq səfərlərinə hazır olmaq;
  11. İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
  12. Məsuliyyətlilik, dəqiqlik, operativlik

 

Üstünlük veriləcək namizədlər

  1. Orta və iri biznes kreditlərinin monitorinqi üzrə təcrübəsi olan;
  2. Kredit anderraytinqi və ya kredit risklərinin qiymətləndirilməsi sahəsində çalışmış;
  3. Vergi hesabatları, bank hesabı çıxarışları və idarəetmə hesabatlarını müqayisəli təhlil edə bilən;
  4. Monitorinq nəticələrinə əsasən erkən xəbərdarlıq indikatorlarını müəyyən etmək təcrübəsi olan;
  5. Kredit dosyelərinin normativ və daxili prosedurlara uyğunluğunu yoxlamaq bacarığı olan namizədlə
  6. Şəxsi avtomobilin və B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür.

 

 

Vəzifə öhdəlikləri:

 

  1. Kredit portfeli üzrə planlı və növbədənkənar monitorinqlərin həyata keçirilməsi;
  2. Borcalanların maliyyə vəziyyətinin, biznes fəaliyyətinin və ödəmə qabiliyyətinin təhlili;
  3. Kredit vəsaitinin təyinatı üzrə istifadəsinin yoxlanılması;
  4. Girov predmetlərinin mövcudluğunun, vəziyyətinin, saxlanma şəraitinin və sığorta təminatının yoxlanılması;
  5. Müştərinin biznes obyektlərinə səfərlərin həyata keçirilməsi və monitorinq aktlarının hazırlanması;
  6. Maliyyə hesabatlarının, hesab dövriyyələrinin, vergi məlumatlarının və digər təsdiqedici sənədlərin təhlili;
  7. Kredit şərtlərinə, müqavilə öhdəliklərinə və maliyyə kovenantlarına əməl olunmasına nəzarət;
  8. Problemli kreditə çevrilmə riski yaradan erkən xəbərdarlıq əlamətlərinin müəyyən edilməsi;
  9. Aşkarlanmış risk və uyğunsuzluqlar barədə əsaslandırılmış rəy və hesabatların hazırlanması;
  10. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət;
  11. Kredit portfelinin keyfiyyəti və monitorinq nəticələri üzrə dövri hesabatların hazırlanması;

 

 

Oxşar vakansiyalar